CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xalq artisti Şahmar Ələkbərovun şəxsi arxiv fondu yaradılıb

© Photo : Azerbaijanfilm / 1974Şahmar Ələkbərov
Şahmar Ələkbərov - Sputnik Azərbaycan, 1920, 08.09.2021
Abunə olmaq
Şəxsi arxiv fonduna mərhum sənətkarın həyat və yaradıcılığını əks etdirən 200-dən artıq nadir fotoşəkil, həmçinin qəzet məqalələri, plakatlar, jurnallar, rejissor ssenariləri və başqa arxiv materialları daxildir.
BAKI, 8 sentyabr — Sputnik. Azərbaycan Dövlət Film Fondunda tanınmış aktyor və rejissor, Xalq artisti Şahmar Ələkbərovun şəxsi arxiv fondu yaradılıb.
Sputnik Azərbaycan xəbər verir ki, şəxsi arxiv fonduna mərhum sənətkarın həyat və yaradıcılığını əks etdirən 200-dən artıq nadir fotoşəkil, həmçinin qəzet məqalələri, plakatlar, jurnallar, rejissor ssenariləri və başqa arxiv materialları daxildir.
Qeyd edək ki, arxivin böyük hissəsi Ş.Ələkbərovun ailəsi tərəfindən təhvil verilib.
Məlumat üçün bildirək ki, "Azərbaycanfilm" kinostudiyasında aktyor, rejissor kimi fəaliyyət göstərən Şahmar Ələkbərov "Qızılqaz" (Rizvan), "Mən ki gözəl deyildim" (Məzahir), "Yeddi oğul istərəm" (Qəzənfər), "Axırıncı aşırım" (İmran), "Həyat bizi sınayır" (Arif), "Bizim küçənin oğlanları" (oğlanlardan biri), "Bakıda küləklər əsir" (Azad), "Qatır Məmməd" (Qatır Məmməd), "Firəngiz" (Feyzi), "Arxadan vurulan zərbə" (Gündüz Kərimbəyli), "Gözlə məni" (Tahir), "Atları yəhərləyin" (İbrahim) və digər filmlərdə peşəkar oyunu ilə yaratdığı rollarına özünün möhürünü vurub. O, teleradio sahəsində də özünü göstərə bilib. Bir çox proqramların aparıcısı olub. Televiziya tamaşalarında gözəl, bənzərsiz rollar yaradıb. Hətta bir çox filmlərin dublyajında iştirak edib.
Həmçinin oxuyun:
Stomatoloqun səhlənkarlığının qurbanı olan Xalq artistinin doğum günüdür
Xəbər lenti
0