https://sputnik.az/20210908/Gcl-yalar-aylarda-sel-sbb-olub-427877231.html
Güclü yağışlar çaylarda selə səbəb olub
Güclü yağışlar çaylarda selə səbəb olub
Sputnik Azərbaycan
Düşən yağışın miqdarı Lənkəranda 71.0 mm (aylıq normanın 42 %-i), Astarada 59.0 mm (aylıq normanın 30 %-i), Lerikdə 40.0 mm (aylıq normanın 58 %-i), Kişçayda... 08.09.2021, Sputnik Azərbaycan
2021-09-08T16:43+0400
2021-09-08T16:43+0400
2021-11-17T00:03+0400
xəbərlər
cəmiyyət
sel
çay
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42237/71/422377158_0:160:3073:1888_1920x0_80_0_0_ba30b3d97b8e87824bb20e463571801e.jpg
BAKI, 8 sentyabr — Sputnik. Azərbaycanda faktiki hava şəraiti barədə məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Sputnik Azərbaycan-a bildirilib ki, sentyabrın 8-i saat 12:00-a olan məlumata əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb. Lənkəran-Astara və Balakən-Şəki zonasının bəzi yerlərində leysan xarakterli intensiv və güclü olub, yağan leysan yağışlar nəticəsində Əyriçay Başdaşağıl (Oğuz), Balakənçay və Talaçaydan (Zaqatala) sel keçib. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.Düşən yağışın miqdarı Lənkəranda 71.0 mm (aylıq normanın 42 %-i), Astarada 59.0 mm (aylıq normanın 30 %-i), Lerikdə 40.0 mm (aylıq normanın 58 %-i), Kişçayda (Şəki) 39.0 mm (aylıq normanın 37 %-i), Şinçayda (Şəki) 32.0 mm (aylıq normanın 47 %-i), Yardımlıda 29.0 mm (aylıq normanın 37 %-i), Əyriçay Başdaşağılda (Oğuz) 27.0 mm (aylıq normanın 37 %-i), Şəkidə 25.0 mm (aylıq normanın 37 %-i), Qubada 20.0 mm (aylıq normanın 32 %-i), Zaqatalada 18.0 mm, Qusarda 14.0 mm (aylıq normanın 29 %-i), Sarıbaşda (Qax) 13.0 mm, Şahdağda 11.0 mm, Nabranda 10.0 mm, Balakən, Qrızda 7.0 mm, Xınalıqda 6.0 mm, Şabranda 5.0 mm, Xaltan, Şabran, Altıağacda 3.0 mm, Daşkəsən, Gədəbəy, Göygöl, Oğuz, Qəbələ, Şirvan, Göytəpə, Kəlvəz, Yevlaxda 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Maştağada 2.0 mm, Binə, Bakıda 1.0 mm-dək olub.Şimal-qərb küləyi arabir Naftalanda 28 m/s, Tərtər, Salyanda 25 m/s, Ağdamda 22 m/s, Neftçala, Hacıqabul, Şirvanda 20 m/s, Gəncədə 18 m/s, Şəmkir, Şabran, Xaçmazda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 28 m/s, Sumqayıtda 25 m/s, Ələtdə 24 m/s, Qum adasında 23 m/s, Binədə 21 m/s, Pirallahıda 20 m/s, Maştağa, Çilov adası, Neft Daşlarında 19 m/s-dək güclənib, Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.2 metrə çatıb.Ölkə ərazisində müşahidə olunan yağıntılı, küləkli hava şəraitinin sentyabrın 9-dan sabitləşəcəyi, gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.Həmçinin oxuyun:Çaylarda sel gözlənilir - hava proqnozu və xəbərdarlıq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42237/71/422377158_170:0:2901:2048_1920x0_80_0_0_f33960b770444e4567a24cc54923e119.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər, sel, çay, azərbaycan
xəbərlər, sel, çay, azərbaycan
Güclü yağışlar çaylarda selə səbəb olub
16:43 08.09.2021 (Yenilənib: 00:03 17.11.2021) Düşən yağışın miqdarı Lənkəranda 71.0 mm (aylıq normanın 42 %-i), Astarada 59.0 mm (aylıq normanın 30 %-i), Lerikdə 40.0 mm (aylıq normanın 58 %-i), Kişçayda (Şəki) 39.0 mm-i (aylıq normanın 37 %-i) keçib.
BAKI, 8 sentyabr — Sputnik. Azərbaycanda faktiki hava şəraiti barədə məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN)
Sputnik Azərbaycan-a bildirilib ki, sentyabrın 8-i saat 12:00-a olan məlumata əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.
Lənkəran-Astara və
Balakən-Şəki zonasının bəzi yerlərində leysan xarakterli intensiv və güclü olub, yağan leysan yağışlar nəticəsində Əyriçay Başdaşağıl (Oğuz), Balakənçay və Talaçaydan (Zaqatala) sel keçib. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.
Düşən yağışın miqdarı Lənkəranda 71.0 mm (aylıq normanın 42 %-i), Astarada 59.0 mm (aylıq normanın 30 %-i), Lerikdə 40.0 mm (aylıq normanın 58 %-i), Kişçayda (Şəki) 39.0 mm (aylıq normanın 37 %-i), Şinçayda (Şəki) 32.0 mm (aylıq normanın 47 %-i), Yardımlıda 29.0 mm (aylıq normanın 37 %-i), Əyriçay Başdaşağılda (Oğuz) 27.0 mm (aylıq normanın 37 %-i), Şəkidə 25.0 mm (aylıq normanın 37 %-i), Qubada 20.0 mm (aylıq normanın 32 %-i), Zaqatalada 18.0 mm, Qusarda 14.0 mm (aylıq normanın 29 %-i), Sarıbaşda (Qax) 13.0 mm, Şahdağda 11.0 mm, Nabranda 10.0 mm, Balakən, Qrızda 7.0 mm, Xınalıqda 6.0 mm, Şabranda 5.0 mm, Xaltan, Şabran, Altıağacda 3.0 mm, Daşkəsən, Gədəbəy, Göygöl, Oğuz, Qəbələ, Şirvan, Göytəpə, Kəlvəz, Yevlaxda 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Maştağada 2.0 mm, Binə, Bakıda 1.0 mm-dək olub.
Şimal-qərb küləyi arabir Naftalanda 28 m/s, Tərtər, Salyanda 25 m/s, Ağdamda 22 m/s, Neftçala, Hacıqabul, Şirvanda 20 m/s, Gəncədə 18 m/s, Şəmkir, Şabran, Xaçmazda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 28 m/s, Sumqayıtda 25 m/s, Ələtdə 24 m/s, Qum adasında 23 m/s, Binədə 21 m/s, Pirallahıda 20 m/s, Maştağa, Çilov adası, Neft Daşlarında 19 m/s-dək güclənib, Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.2 metrə çatıb.
Ölkə ərazisində müşahidə olunan yağıntılı, küləkli hava şəraitinin sentyabrın 9-dan sabitləşəcəyi, gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.