https://sputnik.az/20210907/Thsil-naziri-agirdlr-arasnda-koronavirusa-yoluxma-faizini-aqlad-427868445.html
Təhsil naziri şagirdlər arasında koronavirusa yoluxma faizini dedi
Təhsil naziri şagirdlər arasında koronavirusa yoluxma faizini dedi
Sputnik Azərbaycan
Məktəblər fəaliyyətini davam etdirdiyi müddətdə gün ərzində yoluxanların təxminən 10 faizə qədərini şagirdlər və müəllimlər təşkil ediblər. 07.09.2021, Sputnik Azərbaycan
2021-09-07T15:35+0400
2021-09-07T15:35+0400
2021-09-07T15:47+0400
xəbərlər
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0f/424930345_0:0:3073:1728_1920x0_80_0_0_4e852bdf0207642ba5efda7c83c1a017.jpg
BAKI, 7 sentyabr — Sputnik. Azərbaycanda təhsil müəssisələrində çalışanların 80 faizə qədəri vaksinasiyadan keçib. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.Nazir bildirib ki, ölkədə vaksinasiya olunanların sayı artmaqdadır və bu sayın artması ümumi vəziyyətə müsbət təsir edir: "Ötən həftədən başlayaraq yoluxma sayında azalma hiss olunsa da, rəqəmlər hələ də üç min civarındadır. Azərbaycanda tədrisin 1-2 həftə gec başlaması hazırda ölkədə koronavirusa yoluxma sayının çox olması ilə bağlıdır".Nazir həmçinin deyib ki, təhsil müəssisələri fəaliyyətə başladığı müddətdə koronavirusa yoluxanların 8 faizə qədərini şagirdlər təşkil edib. Onun sözlərinə görə, məktəblər fəaliyyətini davam etdirdiyi müddətdə gün ərzində yoluxanların təxminən 10 faizə qədərini şagirdlər və müəllimlər təşkil ediblər:"Buna görə biz yoluxma sayı artan məktəbləri distant təhsilə keçirməyə məcbur olurduq. Amma məktəblərdə tədris başlayan kimi onları distant təhsilə keçirmək məqsədəuyğun hesab edilmir. Hazırda tədris prosesinə mərhələli şəkildə - bir həftə fasilə ilə başlayanda daha aşağı rəqəmlərlə qarşılacağımıza ümid edirik".Həmçinin oxuyun:* Təhsil naziri məktəblərdə əyani dərslərin başlayacağı tarixi açıqladı* Böyük auditoriyalarda mühazirələrin əleyhinəyik - Təhsil naziri rektorlarla danışacaq* Nazir kimlərin məktəbə buraxılmayacağını açıqladı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0f/424930345_0:0:2731:2048_1920x0_80_0_0_45164783c579cc736192370d102bff84.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
Təhsil naziri şagirdlər arasında koronavirusa yoluxma faizini dedi
15:35 07.09.2021 (Yenilənib: 15:47 07.09.2021) Məktəblər fəaliyyətini davam etdirdiyi müddətdə gün ərzində yoluxanların təxminən 10 faizə qədərini şagirdlər və müəllimlər təşkil ediblər.
BAKI, 7 sentyabr — Sputnik. Azərbaycanda təhsil müəssisələrində çalışanların 80 faizə qədəri vaksinasiyadan keçib. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
Nazir bildirib ki, ölkədə vaksinasiya olunanların sayı artmaqdadır və bu sayın artması ümumi vəziyyətə müsbət təsir edir: "Ötən həftədən başlayaraq yoluxma sayında azalma hiss olunsa da, rəqəmlər hələ də üç min civarındadır. Azərbaycanda tədrisin 1-2 həftə gec başlaması hazırda ölkədə koronavirusa yoluxma sayının çox olması ilə bağlıdır".
Nazir həmçinin deyib ki, təhsil müəssisələri fəaliyyətə başladığı müddətdə koronavirusa yoluxanların 8 faizə qədərini şagirdlər təşkil edib. Onun sözlərinə görə, məktəblər fəaliyyətini davam etdirdiyi müddətdə gün ərzində yoluxanların təxminən 10 faizə qədərini şagirdlər və müəllimlər təşkil ediblər:
"Buna görə biz yoluxma sayı artan məktəbləri distant təhsilə keçirməyə məcbur olurduq. Amma məktəblərdə tədris başlayan kimi onları distant təhsilə keçirmək məqsədəuyğun hesab edilmir. Hazırda tədris prosesinə mərhələli şəkildə - bir həftə fasilə ilə başlayanda daha aşağı rəqəmlərlə qarşılacağımıza ümid edirik".
* Böyük auditoriyalarda mühazirələrin əleyhinəyik -
Təhsil naziri rektorlarla danışacaq