Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Schneider Electric” Abşeron qaz yatağını elektrik enerjisi ilə təmin edəcək

© AFP 2024 / HAIDAR MOHAMMED ALIГазовое хранилище, фото из архива
Газовое хранилище, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.09.2021
Abunə olmaq
"Schneider Electric" Azərbaycanın ən yeni qaz yatağı olan Abşerondakı dəniz qurğularını enerji ilə təmin edən geniş çeşidli texnologiyalar təqdim edir.
BAKI, 7 sentyabr — Sputnik. "Schneider Electric" ölkənin ən böyük və yeni neft-qaz yatağına təhlükəsiz və etibarlı elektrik enerjisi ilə təchiz edən kompakt "E-House" elektrik enerjisi avadanlığını təhvil verib.
Sputnik Azərbaycan xəbər verir ki, "Schneider Electric" Azərbaycanın ən yeni qaz yatağı olan Abşerondakı dəniz qurğularını enerji ilə təmin edən geniş çeşidli texnologiyalar təqdim edir. "E-House" adlanan avadanlıq təhlükəsiz və etibarlı elektrik enerjisinin təmin olunması üçün enerji və nəzarət cihazlarını kompakt tərtibat şəklində bir araya gətirərək 2021-ci ilin avqustunda təhvil verilib.
Bakı şəhərindən təxminən 100 kilometr məsafədə, Xəzər dənizində yerləşən Abşeron qaz yatağı 350 milyard kubmetr qaz ehtiyatına malikdir. Bu yataq "TotalEnergies" və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən birgə işlənir. "TotalEnergies" şirkəti yatağı bir neçə mərhələdə işləyir. Hazırda həyata keçirilən ilk mərhələdə il ərzində təxminən 1,5 milyard kubmetr qazın hasil edilməsi planlaşdırılır. İkinci mərhələdə, hasil edilməsi planlaşdırılan qazın həcmi il ərzində 5 milyard kubmetrə çatdırılacaq.
"TotalEnergies" və ARDNŞ şirkətləri ilə əməkdaşlıq edən "Schneider Electric" şirkəti layihənin qrafikinə uyğun və dəniz qurğularının elektrik enerjisinə olan tələbatını ödəyəcək metod təqdim edib. "E-House" avadanlığına aşağı və orta gərginlikli cihaz, transformatorlar və fasiləsiz elektrik enerjisi qurğusu daxildir. Bu çoxəhatəli avadanlıq iqlim nəzarəti (istilik, ventilyasiya və havalandırma), işıqlandırma və köməkçi enerji, təhlükəsizlik, yanğın və qaz idarəçiliyi ilə əlaqədar köməkçi enerji sərfiyatına çəkilən xərclərə qənaət etməyə imkan yaradır.
"Schneider Electric" şirkətinin Mərkəzi Asiya üzrə baş meneceri Den Vlaskianu bildirib ki, Azərbaycanın iqtisadi inkişafında mühüm yer tutan Abşeron qaz yatağı qeyri-adi əməliyyat mühitində ən yüksək keyfiyyət standartlarına cavab verən və layihənin icrasının davam etdiyi müddətdə hər zaman quraşdırılmağa hazır olan elektrik enerjisi və nəzarət həlləri tələb edir. "Schneider Electric" şirkəti hər iki tələbi yerinə yetirməyə qadirdir və bizim avadanlığımız müştərimizin yataqda qaz hasilatının artırılmasına yönəlmiş əməliyyatları elektrik enerjisi ilə təmin edir.
"Schneider Electric" şirkətinin layihə meneceri Osman Avcılar əlavə edib ki, bizim sistem əlverişli və yığcam olduğundan, hətta dənizdəki qazma qurğuları kimi mühitdə də elektrik enerjisinin təmin olunmasına şərait yaradır. Bu layihə bizim elektrik enerjisinin hər yerə təchiz edilməsinə malik olduğumuz təcrübəni əks etdirir və Azərbaycan iqtisadiyyatı üçün vacib layihədə mühüm rol oynamaqdan qürur duyuruq. Bizim texnologiyalar Abşeron yatağındakı əməliyyatları daim təhlükəsiz və etibarlı elektrik enerjisi ilə təmin edəcək.
Qeyd edək ki, "Schneider Electric" şirkəti evlərdə, binalarda, məlumat mərkəzlərində, infrastruktur və sənaye sahələrində enerjinin idarə olunmasının və avtomatlaşdırılmasının rəqəmsal transformasiyası üzrə liderdir. Dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərən "Schneider Enerji" idarəçiliyi – orta gərginlik, aşağı gərginlik, təhlükəsiz gərginlik və avtomatlaşdırma sistemləri üzrə mübahisəsiz liderdir.
Bizim qlobal ekoloji sistemdə real vaxtda nəzarətin və əməliyyatın effektivliyinin təmin edilməsi üçün Açıq Platformamız çərçivəsində ən böyük tərəfdaş, inteqrator və layihəçi icması ilə əməkdaşlıq edirik. Biz inanırıq ki, möhtəşəm insanlar və tərəfdaşlar "Schneider" şirkətini böyük bir şirkət edir və bizim İnnovasiya, müxtəliflik və davamlılığa yönümlü fəaliyyətimiz hər yerdə, hər kəs üçün və hər zaman həyatın davam etməsini təmin edir. 
Xəbər lenti
0