Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Azərbaycan və Türkiyə sualtı hücum və müdafiə qruplarının birgə təlim-məşqləri davam edir

Abunə olmaq
Katerlərin cəlb edilməsi ilə keçirilən məşqlərdə şərti düşmənin hədəfləri məhv olunaraq qarşıya qoyulmuş tapşırıqlar müvəffəqiyyətlə icra edilib,
Azərbaycan və Türkiyə Respublikalarının sualtı hücum və sualtı müdafiə qruplarının iştirak etdiyi birgə təlim-məşqləri davam edir.
Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, təlimin növbəti mərhələsində Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları qardaş ölkənin hərbi qulluqçuları ilə birlikdə əməliyyatların planlaşdırılması, şərti düşmənin terror-diversiya qrupunun zərərsizləşdirilməsi və onların müvəqqəti bazasının məhv edilməsi üzrə döyüş atışlı təlim tapşırıqları yerinə yetiriblər.
Katerlərin də cəlb olunması ilə keçirilən təlim-məşqlərdə şərti düşmənin hədəfləri məhv edilərək qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub.
Həmçinin oxuyun:
* Azərbaycan və Türkiyə hərbi təyyarələri döyüş uçuşları keçirib
* Laçın rayonunda Azərbaycan-Türkiyə birgə təlimi başlayıb
* Hərbi ekspert: “Bu təlimlər Ermənistana göz dağı olacaq
* Bakıda Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim-məşqlərə başlayıblar
Xəbər lenti
0