https://sputnik.az/20210907/-Bzi-bitkilr-zr-yalnz-mhsul-subsidiyas-verilck-427866874.html
Bəzi bitkilər üzrə yalnız məhsul subsidiyası veriləcək
Bəzi bitkilər üzrə yalnız məhsul subsidiyası veriləcək
Sputnik Azərbaycan
2022-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən... 07.09.2021, Sputnik Azərbaycan
2021-09-07T13:47+0400
2021-09-07T13:47+0400
2021-09-07T13:14+0400
xəbərlər
iqtisadiyyat
https://cdnn1.img.sputnik.az/img/42203/81/422038171_0:0:2000:1125_1920x0_80_0_0_4590d8d498ba784c26a6c7cd1ec79850.jpg
BAKI, 7 sentyabr — Sputnik. Azərbaycanda 2022-ci ildə salınacaq kivi bağlarına da əlavə olaraq dövlət tərəfindən birdəfəlik subsidiya veriləcək.Sputnik Azərbaycan xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov deyib.O bildirib ki, fermerlərə salacaqları bağlara çəkdikləri xərclərin hər hektarına görə 9 min manat dövlət tərəfindən ödəniləcək.O qeyd edib ki, əvvəllər pambıq, şəkər çuğunduru və tütünə görə həm əkin, həm də məhsul subsidiyası verilirdi. İndi isə yalnız məhsul subsidiyası veriləcək. Amma bu subsidiyanın məbləği hər ton üçün artırılıb. Məhsul subsidiyası pambıqda 100 manatdan 170 manata, tütündə 5 manatdan 26 manata, çəkər çuğundurunda isə 4 manatdan 12 manata qaldırılıb."Pambıq əkən fermerlərlə görüşlərdə bildirilir ki, məhsulun həcmi artırılsa, əkin subsidiyasına ehtiyac qalmayacaq. Yeni qaydalar onların daha çox məhsul istehsal etməsini stimullaşdıracaq", - o əlavə edib.Qeyd edək ki, Aqrar Subsidiya Şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq, 2022-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib.Qərara əsasən, baza məbləği 200 manat müəyyən edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42203/81/422038171_99:0:1763:1248_1920x0_80_0_0_85e19388494df41c37ce6f9650e1c7a2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
Bəzi bitkilər üzrə yalnız məhsul subsidiyası veriləcək
2022-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edilib.
BAKI, 7 sentyabr — Sputnik. Azərbaycanda 2022-ci ildə salınacaq kivi bağlarına da əlavə olaraq dövlət tərəfindən birdəfəlik subsidiya veriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov deyib.
O bildirib ki, fermerlərə salacaqları bağlara çəkdikləri xərclərin hər hektarına görə 9 min manat dövlət tərəfindən ödəniləcək.
O qeyd edib ki, əvvəllər pambıq, şəkər çuğunduru və tütünə görə həm əkin, həm də məhsul subsidiyası verilirdi. İndi isə yalnız məhsul subsidiyası veriləcək. Amma bu subsidiyanın məbləği hər ton üçün artırılıb. Məhsul subsidiyası pambıqda 100 manatdan 170 manata, tütündə 5 manatdan 26 manata, çəkər çuğundurunda isə 4 manatdan 12 manata qaldırılıb.
"Pambıq əkən fermerlərlə görüşlərdə bildirilir ki, məhsulun həcmi artırılsa, əkin subsidiyasına ehtiyac qalmayacaq. Yeni qaydalar onların daha çox məhsul istehsal etməsini stimullaşdıracaq", - o əlavə edib.
Qeyd edək ki, Aqrar Subsidiya Şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq, 2022-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib.
Qərara əsasən, baza məbləği 200 manat müəyyən edilib.