CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhsil naziri sabah məktəblərdə dərslərlə bağlı qərarı açıqlayacaq?

© Sputnik / Murad OrujovTəhsil naziri Emin Əmrullayev
Təhsil naziri Emin Əmrullayev - Sputnik Azərbaycan, 1920, 06.09.2021
Abunə olmaq
Yeni tədris ilinin təşkili ilə bağlı bütün suallara sabah saat 14.00-da təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçiriləcək brifinqdə aydınlıq gətiriləcək. Brifinq AzTV və Təhsil TV-də canlı yayımlanacaq.
BAKI, 6 sentyabr — Sputnik. Sabah Təhsil Nazirliyinin yeni tədris ili ilə bağlı qərarı açıqlanacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.
C.Valehov özünün sosial şəbəkə hesabında "Dərslərlə bağlı nazir nə zaman danışacaq?" sualına "sabah" deyə cavab verib.
Qeyd edək ki, ictimaiyyət nümayəndələri, jurnalistlər və vətəndaşlar sosial şəbəkə hesablarında təhsil naziri Emin Əmrullayevin yeni tədris ili bağlı brifinq keçirməsini və yeni qaydaları açıqlamasını tələb ediblər.
Təhsil Nazirliyindən o da bildirilib ki, yeni tədris ilinin təşkili ilə bağlı bütün suallara sabah saat 14.00-da təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçiriləcək brifinqdə aydınlıq gətiriləcək. Brifinq AzTV və Təhsil TV-də canlı yayımlanacaq.
Həmçinin oxuyun:
Yeni dərs ilinə hansı məktəblər yenidən tikilib? Rəsmi açıqlama
Xəbər lenti
0