Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Lavrov "Şimal axını-2"-nin inşasının nə vaxt başa çatacağını açıqladı

© Sputnik / POOL / Mediabanka keçidSergey Lavrov
Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 06.09.2021
Abunə olmaq
Layihə Rusiyadan Baltik dənizi vasitəsilə Almaniyaya qədər ümumi gücü illik 55 milyard kubmetr olan iki boru kəmərinin tikintisini nəzərdə tutur.
BAKI, 6 sentyabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Şimal axını-2" qaz kəmərinin tikintisinin bir neçə günə başa çatacağını bildirib. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər yayıb.
"İndi sadəcə "Şimal axını-2"-yə frontal hücum gedir, hərçənd hamı, o cümlədən, amerikalılar da başa düşürlər ki, kəmər artıq bir neçə günə tikilib qurtaracaq və işə düşəcək", – deyə Rusiya XİN rəhbəri jurnalistlərə bildirib.
Qeyd edək ki, "Şimal axını-2" layihəsi Rusiyadan Baltik dənizi vasitəsilə Almaniyaya qədər ümumi gücü illik 55 milyard kubmetr olan iki boru kəmərinin inşasını nəzərdə tutur. Avropa Şurasına öz maye qazını satmaq istəyən ABŞ, eləcə də Ukrayna və bir sıra Avropa ölkələri bu layihəyə qarşı çıxır.
ABŞ 2019-cu ilin dekabrında layihəyə qarşı sanksiya tətbiq edərək boru kəmərinin quraşdırılması ilə məşğul olan şirkətlərdən tikintinin dayandırılmasını tələb edib. Bundan sonra İsveçrənin "Allseas" şirkəti qaz kəmərinin quraşdırılması işini dayandırdıqlarını bildirib.
Həmçinin oxuyun:
"Artıq cavabları verilib": "Şimal axını-2" layihəsini satmaq ideyası barədə
Xəbər lenti
0