Nevropatoloq baş ağrısının ən təhlükəli altı növünü açıqlayıb

© Depositphotos / FocuspocusltdБолеющая девушка в постели с таблетками и чашкой кофе
Болеющая девушка в постели с таблетками и чашкой кофе - Sputnik Azərbaycan, 1920, 05.09.2021
Nevroloq Kirill Naqornyuk baş ağrısının ən təhlükəli altı növünü müəyyən edib və bunların öldürücü ola biləcəyini açıqlayıb.
BAKI, 5 sentyabr — Sputnik. "SberZdorovye" tibb onlayn xidmətinin nevropatoloqu həkim Kirill Naqornyuk "Lenta.ru" ilə söhbətində baş ağrısının ən təhlükəli altı növünün adlarını açıqlayıb. Onun sözlərinə görə, daha ciddi nəticələrin yaranmasının qarşısını almaq üçün baş ağrılarının səbəbini müəyyənləşdirmək lazımdır.
Belə ki, qəfil və şiddətli baş ağrısı təhlükə yarada bilər.
"Xəstələr onu çox vaxt "həyatın ən şiddətli ağrısı", "şimşək vurması" və ya sadəcə "başına vurulan zərbə hissi" kimi təsvir edirlər. Bu cür ağrı beyin nahiyəsində qanaxmanın əlaməti də ola bilər", - deyə nevropatoloq Kirill Naqornyuk bildirib.
Naqornyukun açıqladığı ikinci növ baş ağrısı gecə oyanmağa məcbur edən və ya səhər saatlarında güclənən ağrıdır. Bu ağrı ürəkbulanma və ya qusma ilə müşayiət oluna, həmçinin öskürək, asqırma, gərginlik və irəli əyilmə zamanı arta bilər. Bu cür simptomlar kəllədaxili təzyiqin artması, məsələn, bir şişlə xarakterizə olunur.
Üçüncü növ ağrılar insanın vücudda keyləşmə və ya zəiflik hiss etməsi, həmçinin üz asimmetriyası, görmə, eşitmə, danışma və ya koordinasiyanın pozulması ilə xarakterizə olunur. Bu, insult əlaməti ola bilər.
Bundan əlavə, Naqornyuk yüksək temperatur, ürəkbulanma, halsızlıq, həmçinin boyun əzələlərində sərtlik və hərəkətin məhdudlaşdırılması ilə müşayiət olunan baş ağrılarını da qeyd edib. Onun sözlərinə görə, bu cür vəziyyət meningitə işarə edə bilər.
Beşinci növ baş ağrıları baş zədəsindən sonra artan ürəkbulanma, yuxusuzluq və ya əksinə, həyəcanla müşayiət olunan, daha çox narahatlıq yaradan baş ağrısıdır. Bu da kəllədaxili hematomanın inkişaf əlaməti ola bilər.
Altıncı növ baş ağrıları isə 60 yaşdan yuxarı xəstələrdə gicgah nahiyəsindəki şiddətli ağrı, temperaturun artması və bir gözdə görmə kəskinliyinin pozulması ilə müşayiət olunur. Bu cür simptomlar damarlarda iltihab prosesinin təzahürü ola bilər.
"Ümumiyyətlə, xüsusilə yaşlı xəstələrdə baş verən hər hansı bir yeni baş ağrısı, doğru qərar verməkdən ötrü həkimə müraciət etmək və detalları müzakirə etmək üçün bir səbəbdir", - deyə Naqornyuk bildirib.
Bu yaxınlarda rusiyalılara bildirilib ki, infarkt və ya insultun baş vermə ehtimalının qarşısını almaq üçün yorğunluq, ya da yaşla bağlı nasazlıq əlamətləri ilə qarışdırıla biləcək vəziyyətə diqqət yetirmək lazımdır.
İnfarkt və insult baş verəndə insanlar bədəndə arabir sancma hiss edirlər ki, bu da vücudun keyləşməsi ilə nəticələnə bilər. Bir çox insanlar üz nahiyəsinin, əl və ayaqların, ümumiyyətlə bədənin bir hissəsinin zəifliyi və keyləşməsindən şikayətlənirlər. Həmçinin gəzinti və tarazlıq problemləri, şüurun qəfil qarışıqlığı və çox şiddətli baş ağrısı kimi nasazlıqlar da yarana bilər. Bu vəziyyətdə həkimə müraciət etmək lazımdır.
Həmçinin oxuyun: 
* İnfarkt və insultun ilk əlaməti nədir? Rus alim detalları açıqladı
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала