"BakıKart"ın balansının onlayn ödənilməsi vaxtı açıqlandı

© Sputnik / Murad OrujovКупюра номиналом в 100 AZN, фото из архива
Купюра номиналом в  100 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.09.2021
Mais Ağayev bildirib ki, pandemiya olmasına baxmayaraq "BakıKart"ın balansının onlayn ödənilməsi ilə bağlı işlər dayandırılmayıb.
BAKI, 5 sentyabr — Sputnik. Bakıda sərnişin avtobuslarında istifadə edilən "BakıKart"ın balansının onlayn ödənilməsi ilə bağlı işlər yekun mərhələdədir.
Sputnik Azərbaycan-a bu barədə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib. O, bildirib ki, pandemiya olmasına baxmayaraq "BakıKart"ın balansının onlayn ödənilməsi ilə bağlı işlər dayandırılmayıb. O, hazırda bu istiqamətdə işlər görüldüyünü bildirib:
"Biz planlaşdırmışıq ki, Bakıda bütün sərnişin avtobusları kart sisteminə keçəndən sonra bu məsələ reallaşacaq. Hazırda avtobusların kartla ödənişə keçməsi ilə bağlı iş davam etdirilir. Bununla balğlı işlər yekunlaşmaq mərhələsindədir". 
Xatırladaq ki, BakıKart"ın balansının onlayn ödənilməsi ilə bağlı texniki işlər yekunlaşdıqdan sonra mobil telefon vasitəsilə də kartın balansını artırmaq mümkün olacaq.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала