CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tovuzda yaşayış yerini tərk edən COVID-19 xəstələri aşkarlanıb

© AR Ministry of Internal AffairsEvdən icazəsiz çıxan koronavirus xəstəsi
Evdən icazəsiz çıxan koronavirus xəstəsi - Sputnik Azərbaycan, 1920, 04.09.2021
Abunə olmaq
Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə hər iki şəxsin yerləri müəyyən edilərək yaşadıqları evə göndərilib.
BAKI, 4 sentyabr — Sputnik. Tovuzda yaşayış yerini tərk edən koronavirus xəstələri aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə,Tovuz rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan rayon sakinləri Faiq Qocayev və onun həyat yoldaşı Sadəgül Qocayeva ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadıqları evi tərk etmələri aşkar edilib.
Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə hər iki şəxsin yerləri müəyyən edilərək yaşadıqları evə göndərilib.
Fakla bağlı araşdırmalar davam etdirilir.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 216 milyonu keçib, 4,50 milyondan çox adam isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ilin fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Azərbaycanda COVID-19-la mübarizəyə 2020-ci ilin fevral ayının 27-dən başlanılıb. Koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Fevralın 28-də ölkədə COVID-19-un ilk müsbət halı təsdiqlənib. İrandan gələn Rusiya vətəndaşında COVID-19 virusunun müəyyən edilməsindən sonra Azərbaycan İranla sərhədləri iki həftə müddətinə bağlayıb.
Həmçinin oxuyun:
Taylandda COVİD-19 xəstələri qospitalda eyş-işrət məclisi düzəltdilər
Xəbər lenti
0