CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda peşə təhsilinə artan marağın səbəbləri nədir? – ekspert şərhi

© Sputnik / Murad OrujovTəhsil eksperti Kamran Əsədov
Təhsil eksperti Kamran Əsədov - Sputnik Azərbaycan, 1920, 04.09.2021
Abunə olmaq
Təhsil eksperti Kamran Əsədov deyir ki, son bir neçə ildə yeni peşə təhsili müəssisələri açılıb və onların texniki təminatı yenilənib
Kamran Əsədov: “On beş minə yaxın gənc peşə təhsili almaqda maraqlıdır”
27 avqust - 5 sentyabr tarixlərində peşə təhsil müəssisələrinə yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədris aparacaq müəllimlərin işə qəbulu müsabiqəsi keçirilir.
Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, son illər ali təhsil müəssisələrinə sənəd verənlərin sayında azalma, peşə və orta-ixtisas təhsilinə yönələnlərin sayında isə artım müşahidə olunur: “Bunun əsas səbəbi son üç il ərzində peşə təhsili istiqamətində keçirilən islahatlarla bağlıdır. Eyni zamanda hazırda peşə təhsili müəssisələrinin maddi texniki bazası yaxşılaşdırılır. Son bir neçə ildə yeni peşə təhsili müəssisələri açılıb və onların texniki təminatı yenilənib. Eyni zamanda xarici ölkələrlə bu sahədə bağlanan əməkdaşlıq sazişləri nəticəsində bu sahədə yeni dövr başlamış oldu. Bu gün görürük ki, on beş minə yaxın gənc peşə təhsili almaqda maraqlıdır. Gənclərin ali təhsilli şəxslərə nisbətən əmək bazarında rahat şəkildə iş tapa bilməsi bu istiqamətə olan marağı artıran səbəblərdəndir”.
Kamran Əsədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
Xəbər lenti
0