https://sputnik.az/20210903/rzaq-mhsullarnn-dvlt-sifarii-il-satn-alnmas-elektron-portal-yaradlacaq-427844600.html
"Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması" elektron portalı yaradılacaq
"Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması" elektron portalı yaradılacaq
Sputnik Azərbaycan
Prezidentin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"də dəyişiklik... 03.09.2021, Sputnik Azərbaycan
2021-09-03T16:33+0400
2021-09-03T16:33+0400
2021-09-03T16:33+0400
xəbərlər
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/15/425776468_0:0:2948:1659_1920x0_80_0_0_0095ce0fcc2be35630a160d9308e9bfb.jpg
BAKI, 3 sentyabr — Sputnik. Prezident İlham Əliyev sentyabrın 3-də "Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması mexanizminin təkmilləşdirilməsi və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və "Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" Fərman imzalayıb.Sputnik Azərbaycan xəbər verir ki, Fərmana əsasən, Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada satın alınması proseslərini elektronlaşdırmaq və təkmilləşdirmək, bu sahədə həyata keçirilən işlərin səmərəliliyini və şəffaflığını artırmaq məqsədilə "Elektron kənd təsərrüfatı" informasiya sisteminin altsistemi olan "Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması" elektron portalı yaradılacaq.Həmçinin satınalma şərtlərinə cavab verən və tələbata uyğun istehsal həcminə malik olan, elektron portalda qeydiyyatdan keçən istehsalçıların və ya satıcıların satınalan təşkilat tərəfindən seçilməsi, satınalan təşkilatla istehsalçılar və ya satıcılar arasında müqavilələrin elektron portal vasitəsilə bağlanılmasının təmin edilməsi, istehsalçıların və satıcıların satınalma şərtlərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə tədarük və təchizat agentinin monitorinqlər aparması və onların nəticələrinin elektron portalda yerləşdirilməsi, satınalma və müqavilə şərtlərinə əməl etməyən istehsalçıların və satıcıların dövlət sifarişi ilə satınalmalarda iştirakının məhdudlaşdırılması, satınalma şərtlərinə uyğun olan təkliflərə satınalan təşkilat tərəfindən baxılarkən mikro, kiçik və orta sahibkarlıq subyektləri olan yerli istehsalçılara üstünlük verilməsi elektron portal vasitəsilə həyata keçiriləcək.Kənd Təsərrüfatı Nazirliyinə ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı əməliyyatlarının elektron portal vasitəsilə avtomatlaşdırılmış qaydada həyata keçirilməsini və müqavilələrin "Elektron sənəd və elektron imza haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron sənəd formasında bağlanılmasını 2022-ci il yanvarın 1-dən təmin etmək, istehsalçıların və satıcıların ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı satınalmalarda iştirakına, habelə satınalma və müqavilə şərtlərinə əməl etməyən istehsalçıların və satıcıların dövlət sifarişi ilə satınalmalarda iştirakının məhdudlaşdırılmasına dair inzibati reqlamenti üç ay müddətində müəyyən etmək tapşırılıb.Həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə elektron portalın fəaliyyətinin təmin edilməsi ilə bağlı "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq zəruri tədbirlər görüləcək.Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi ilə bağlı təkliflər üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim olunacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/15/425776468_119:0:2739:1965_1920x0_80_0_0_e68d61df2187cf972b1ec321db9c6f17.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
"Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması" elektron portalı yaradılacaq
Prezidentin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi ilə bağlı təkliflər üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim olunacaq.
BAKI, 3 sentyabr — Sputnik. Prezident İlham Əliyev sentyabrın 3-də "Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması mexanizminin təkmilləşdirilməsi və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və "Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" Fərman imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, Fərmana əsasən, Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada satın alınması proseslərini elektronlaşdırmaq və təkmilləşdirmək, bu sahədə həyata keçirilən işlərin səmərəliliyini və şəffaflığını artırmaq məqsədilə "Elektron kənd təsərrüfatı" informasiya sisteminin altsistemi olan "Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması" elektron portalı yaradılacaq.
Həmçinin satınalma şərtlərinə cavab verən və tələbata uyğun istehsal həcminə malik olan, elektron portalda qeydiyyatdan keçən istehsalçıların və ya satıcıların satınalan təşkilat tərəfindən seçilməsi, satınalan təşkilatla istehsalçılar və ya satıcılar arasında müqavilələrin elektron portal vasitəsilə bağlanılmasının təmin edilməsi, istehsalçıların və satıcıların satınalma şərtlərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə tədarük və təchizat agentinin monitorinqlər aparması və onların nəticələrinin elektron portalda yerləşdirilməsi, satınalma və müqavilə şərtlərinə əməl etməyən istehsalçıların və satıcıların dövlət sifarişi ilə satınalmalarda iştirakının məhdudlaşdırılması, satınalma şərtlərinə uyğun olan təkliflərə satınalan təşkilat tərəfindən baxılarkən mikro, kiçik və orta sahibkarlıq subyektləri olan yerli istehsalçılara üstünlük verilməsi elektron portal vasitəsilə həyata keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyinə ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı əməliyyatlarının elektron portal vasitəsilə avtomatlaşdırılmış qaydada həyata keçirilməsini və müqavilələrin "Elektron sənəd və elektron imza haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron sənəd formasında bağlanılmasını 2022-ci il yanvarın 1-dən təmin etmək, istehsalçıların və satıcıların ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı satınalmalarda iştirakına, habelə satınalma və müqavilə şərtlərinə əməl etməyən istehsalçıların və satıcıların dövlət sifarişi ilə satınalmalarda iştirakının məhdudlaşdırılmasına dair inzibati reqlamenti üç ay müddətində müəyyən etmək tapşırılıb.
Həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə elektron portalın fəaliyyətinin təmin edilməsi ilə bağlı "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq zəruri tədbirlər görüləcək.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi ilə bağlı təkliflər üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim olunacaq.