Pəncşir təslim olub: Taliban* ora nəzarəti ələ keçirib

© AFP 2023 / AHMAD SAHEL ARMANСилы сопротивления талибам (террористическая организация, запрещена в РФ) в провинции Панджшер
Силы сопротивления талибам (террористическая организация, запрещена в РФ) в провинции Панджшер - Sputnik Azərbaycan, 1920, 03.09.2021
Abunə olmaq
Taliban* hərəkatının nümayəndəsi Bilal Kərimi bildirib ki, onların döyüşçüləri cümə günü Pəncşir əyalətinin ən böyük bölgəsini ələ keçiriblər.
BAKI, 3 sentyabr — Sputnik. Əfqanıstanda hakimiyyəti ələ alan Taliban* döyüşçüləri cümə günü Pəncşir əyalətinin ən böyük bölgəsini ələ keçirdiklərini bildiriblər.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Bilal Kərimi özünün "Twitter" səhifəsində məlumat verib.
"Son xəbərlərə görə, Pəncşirin ən böyük bölgəsi olan Priyan tamamilə mücahidlərin əlinə keçib. Priyan Şotuldan sonra mücahidlərin əlinə keçən ikinci bölgədir", - Taliban* yetkilisi bildirib. 
O, əlavə edib ki, toqquşmalar zamanı Rusiya istehsalı olan zirehli maşınlar və digər hərbi texnikalar qənimət kimi götürülüb.
"Düşmənin əhval-ruhiyyəsi aşağıdır, əməliyyatlar sürətlə gedir", - Kərimi əlavə edib.
02.09.2021 - 19:16
Pəncşir təslim olmur: 350 Taliban* silahlısı zərərsizləşdirildi
Taliban* hərəkatı Pəncşirdəki müqavimət güclərinə qarşı iki istiqamətdən hücuma keçib, ancaq hər iki cəhd uğursuz olub. Bu barədə RİA Novosti-yə müqavimət hərəkatının nümayəndəsi Fahim Dəşti məlumat verib.
"Taliban silahlıları müqavimət güclərinə qarşı ən az iki istiqamətdən hücuma keçiblər, ancaq uğur qazana bilməyiblər", - deyə Dəşti bildirib.
Müqavimət qüvvələri bəyan edirlər ki, toqquşma nəticəsində 350 talibi zərərsizləşdiriblər.
Eyni zamanda, Talibanın nüamayəndəsi Zabihulla Mücahid RİA Novosti-yə taliblərin Pəncşir boyunca irəlilədiklərini bildirib. Onun sözlərinə görə, nəticədə 11 müqavimətçi ələ keçirilib və ən az 36 nəfər öldürülüb. Ölənlərdən ikisi müqavimət hərəkatının komandirləri olub.
Qeyd edək ki, sentyabrın 2-də "Əl-Cəzirə" kanalı Talibanın üsyançıların lideri Əhməd Mənsurla danışıqlarının uğursuzluqla nəticələndiyi və silahlıların Pəncşir əyalətindəki müqavimət güclərinə hücuma keçəcəyi barədə məlumat vermişdi.
Sentyabrın 1-də isə Taliban Pəncşirdəki altı əsas postu ələ keçirdiklərini bəyan edib. Ancaq müqavimət hərəkatı bu informasiyanı təkzib edib.
*Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror təşkilatı
 
Xəbər lenti
0