CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı rejissorun filmi Qırğızıstanda keçirilən festivalda nümayiş olunacaq

© Sputnik / Vladimir Pesnya / Mediabanka keçidОтснятая кинопленка, фото из архива
Отснятая кинопленка, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.09.2021
Abunə olmaq
Sözügedən film Misir Ərəb Respublikasının mədəniyyət naziri və Cənubi Sinay Qubernatorunun himayəsi ilə dördüncü Şarm əl-Şeyx Film Festivalında nümayiş olunmuşdu.
BAKI, 3 sentyabr — Sputnik. Rejissor Zamin Məmmədovun "Səs" filmi 10-cu Qırğızıstan - MDB, Baltikyanı ölkələr və Gürcüstanı əhatə edən Beynəlxalq Film Festivalının müsabiqə proqramına daxil edilib. Sputnik Azərbaycan xəbər verir ki, filmin ssenari müəllifi mərhum sənətçi Rövşən Almuradlı, rejissoru isə Zamin Məmmədovdur. Baş rollarda Vidadi Əliyev, Nigar Məmmədova və Rəşad Səfərov yer alıblar. Çəkilişlər İsmayıllı rayonunun kəndlərində aparılıb.
Film Qərbi Azərbaycandan zorla çıxarılmış həmyerlilərimizin vətən həsrətindən bəhs edir. Filmin qəhrəmanı, yaşa dolmuş ağsaqqal, oğlunun gətirdiyi doğma torpaqlarının arxiv kadrlarına baxaraq özünü sanki o torpaqlarda hiss edir. Qoca hər gün kadrları izləyərək yuxulayır. Yuxusunda isə doğma kəndini görür və sonda da dünyasını vətən həsrəti ilə elə yuxuda ikən dəyişir.
Festival bu ilin 14-17 sentyabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində baş tutacaq.
Qeyd edək ki, sözügedən film Misir Ərəb Respublikasının mədəniyyət naziri və Cənubi Sinay Qubernatorunun himayəsi ilə dördüncü Şarm əl-Şeyx Film Festivalında nümayiş olunmuşdu.
Xəbər lenti
0