QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Zaxarova: Moskva Yerevanın Bakı və Ankara ilə münasibətlərinin normallaşmasına tərəfdardır

© Sputnik / Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidRusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli
Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.09.2021
Abunə olmaq
Rusiyanın prioritetləri arasında Qarabağda humanitar məsələlərin həlli, Ermənistan-Azərbaycan sərhədində gərginliyin aradan qaldırılması yer tutur.
 
BAKI, 2 sentyabr — Sputnik. Moskva bundan sonra da Ankara və Yerevan arasında münasibətlərin normallaşdırılmasına yardım etməyə hazırdır. Bunu cümə axşamı keçirilən ənənəvi brifinq zamanı Rusiya XİN rəsmisi Mariya Zaxarova deyib.
“Bizim tərəfimizdən Yerevan və Ankara arasında bir müddət əvvəl müsbət siqnalların mübadiləsi qeydə alınıb, yəni biz bunu görmüşük və nəzərə almışıq. İki qonşu dövlətin qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması əsasında yaxınlaşmasına indi də yardım etməyə hazırıq”, - deyə o bildirib.
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına gəldikdə isə, Zaxarova deyib ki, bu məsələdə Moskvanın diqqət dairəsindədir.
“Altılıq” platforması məsələsinə (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyənin iştirakı ilə regional məşvərət mexanizminin işə salınması ideyası) toxunan Zaxarova deyib ki, bu platforma onun bütün potensial iştirakçılarının maraqlarına cavab verə, sülhün və etimadın möhkəmləndirilməsinə töhfə verə, Cənubi Qafqazda iqtisadi proseslərin və əməkdaşlığın stimullaşdırılmasına rəvac verə bilərdi.
“Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması Moskvanın diqqət dairəsindədir. Bu məsələ həmçinin Bakı və Yerevanın siyasətinin mərkəzi mövzusudur. Bizim əsas səylərimiz üçtərəfli razılaşmaların həyata keçirilməsinə yönəlib. Prioritetləri arasında Qarabağda humanitar məsələlərin həlli, Ermənistan-Azərbaycan sərhədində gərginliyin aradan qaldırılması yer tutur”, – deyə Zaxarova vurğulayıb.
Həmçinin oxuyun:
Rəsmi Bakı erməni nazirə cavab verib: "Bəyanatların icrasının zamanıdır"
Xəbər lenti
0