Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Ronaldu Bakıya gəlməyəcək

© REUTERS / DARKO BANDICКриштиану Роналду
Криштиану Роналду - Sputnik Azərbaycan, 1920, 02.09.2021
Abunə olmaq
Portuqaliya yığmasının kapitanı seçmə mərhələsində İrlandiya komandasının qapısına iki dəfə dalbadal qol vurmasını qeyd edərək sarı vərəqə alıb.
BAKI, 2 sentyabr — Sputnik. Dünya futbolunun ulduzu və Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldu dünya rekordunu vurub və Azərbaycan millisi ilə oyuna Bakıya gəlməyəcək. Sputnik Azərbaycan xəbər verir ki, 2022-ci il dünya çempionatının "A" seçmə qrupundakı Azərbaycan yığmasının rəqiblərinin oyununda Ronaldo İrlandiya yığması ilə ev matçının son dəqiqələrində iki qol vuraraq 2:1 hesabla komandasına qələbə qazandırıb.
Belə ki, Ronaldo milli yığmada rəqiblərinin qapısına 110 qol vuraraq dünya rekordunu qazanıb. Portuqaliyalı əvvəllər iranlı Əli Daeiyə məxsus rekordu qırıb.
Bundan əlavə, Ronaldu sentyabrın 7-də Bakı Olimpiada Stadionunda keçiriləcək Azərbaycan komandasına qarşı dünya çempionatının seçmə mərhələsindəki oyununda çox saylı sarı vərəqələrə görə Bakıya gəlməyəcək.
İrlandiya yığmasının qapısına ikinci qolunu vurduqdan sonra idman köynəyini çıxararaq sevincini qeyd edən Ronaldo hakimdən sarı vərəqə alıb. Nəticədə o, öz komandasının Azərbaycan millisi ilə növbəti rəsmi oyununu qaçırmaq məcburiyyətində qalacaq.
Xatırladaq ki, futbol üzrə Azərbaycan yığması dünya çempionatının seçmə mərhələsinin üçüncü turunun qrupunda Lüksemburqla oyununda məğlub olub və heç bir xal qazanmadan "A" qrupunun turnir cədvəlini bağlayıb. De Byazinin rəhbərlik etdiyi komandanın növbəti oyunu sentyabrın 4-də İrlandiyaya komandasına qarşı keçiriləcək.
Həmçinin oxuyun:
Ronaldu "Yuventus"u tərk edir - öz xoşu ilə
Xəbər lenti
0