QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Hərbi ekspert: "TurAz Şahini-2021" təlimləri Ermənistana göz dağı olacaq

© AR Ministry of DefenceAzərbaycan və Türkiyə ordularının birgə əməliyyat-taktiki təlimləri
Azərbaycan və Türkiyə ordularının birgə əməliyyat-taktiki təlimləri - Sputnik Azərbaycan, 1920, 02.09.2021
Abunə olmaq
"Bu təlimlər ilk dəfə keçiriləndə Azərbaycan pilotları Türkiyə - Ermənistan sərhədində təlim keçirmək imkanı əldə etdilər. Ərazinin, iqlim şəraitinin tanınması və əməliyyatlar teatrının tanış olunması baxımından bu da olduqca əhəmiyyətli idi".
BAKI, 2 sentyabr — Sputnik. Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) iştirakı ilə "TurAz Şahini-2021" birgə taktiki uçuş təlimləri start götürür. Konya şəhərində keçiriləcək təlimlərə Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 döyüş təyyarəsi ilə qatılacaq. Sentyabrın 17-i başa çatacaq təlimlərə maraq olduqca böyükdür. Sputnik Azərbaycan təlimlər, onların əhəmiyyəti barədə hərbi ekspert Ədalət Verdiyevlə həmsöhbət olub.
© Photo : Courtesy of Adalyat VerdievƏdalət Verdiyev
Ədalət Verdiyev - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Ədalət Verdiyev
Ədalət Verdiyev xatırladıb ki, Azərbaycan 2015-ci ildən bəri "TurAz Şahini" təlimlərində iştirak edir:
"Bu təlimlər Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) pilotlarının ölkə sərhədindən kənarda qatıldığı ilk aviasiya təlimləri olub. Təlimlər bir qayda olaraq Türkiyənin Konya şəhərində keçirilir. Kifayət qədər potensiala malik Konya aviabazasında Türkiyənin fərqli silah sistemləri, aviasiya vasitələri yerləşir. Orada "F-16"-lardan ibarət eskadrilya, "Solo" pilotaj qrupu, "Freedom" qırıcıları ilə silahlanan "Türk ulduzları", helikopterlərdən ibarət 135-ci atəş eskadrilyası da burdadır. Bu bazada, dünyanın əksər ölkələrində olmayan təyyarələr də var. Onlardan biri də "Boeing Awacs" erkən xəbərdarlıq və nəzarət təyyarələrdir. Türkiyə davamlı olaraq "TurAz Şahini" təlimlərində bu təyyarələrdən də istifadə edir".
Hərbi ekspert bildirib ki, təlimlər iki ölkənin Hərbi Hava Qüvvələri arasında qarşılıqlı əlaqə, birgə uçuş imkanlarının araşdırılması, döyüş hazırlığının yüksəldilməsi ilə bərabər, Azərbaycan HHQ pilotlarının NATO qırıcıları və erkən xəbərdarlıq təyyarələri ilə tanış olmasına imkan verir:
"Azərbaycanda bu növ təyyarələr olmadığına görə bu təlimlərdə iştirak çox önəmlidir. "TurAZ Şahini" ilk dəfə keçiriləndə Azərbaycan pilotları Türkiyə - Ermənistan sərhədində təlim keçirmək imkanı əldə etdilər. Ərazinin, iqlim şəraitinin tanınması və əməliyyatlar teatrının tanış olunması baxımından bu da olduqca əhəmiyyətli idi".
Onun sözlərinə görə, hər iki ölkənin pilotları bir neçə növdə keçirilən təlimlərdə iştirak etdiyi halda Ermənistanın Vətən Müharibəsi zamanı məğlubiyyətə məruz qaldığı halda belə qırıcılarını havaya qaldırmağa cürət etməmişdi:
"Bu təlimlər Ermənistana və onu silahlandıran tərəfdaşlarına növbəti göz dağı olacaq".
Ədalət Verdiyevin fikrincə, Şuşa və Bakı bəyannamələrindən sonra birgə, çoxtərəfli təlim prosesləri həm Türkiyə ilə, həm də digər tərəfdaşlarla intensiv şəkildə həyata keçiriləcək:
"Bu təlimlər ilk növbədə qardaş ölkələrin, tərəfdaş ölkələrin hərbi qulluqçularını bir-birinə daha da yaxınlaşdırır, dostluq, qardaşlıq münasibətlərini daha da gücləndirir. Ən əsası isə birgə əməliyyatlarda fəaliyyət göstərmək üçün potensialımızı artırır. Digər tərəfdən texniki və təminat heyətləri də bu təlim vasitəsilə praktiki bilgilər əldə edirlər. Fərqli silah sistemləri ilə, fərqli aviasiya sistemlərinə göstəriləcək servis xidmətləri ilə tanış olurlar".
Həmçinin oxuyun:
Azərbaycan hərbi təyyarələri təlimlər üçün Türkiyəyə yola düşüb
Xəbər lenti
0