Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Ən məşhur tankçı generalımız haqda hər şey

Abunə olmaq
Lənkəranda bir ev var ki, onun sahibi bütün dünyada məşhurdur. Bu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, Tank qoşunları Qvardiya general-mayoru Həzi Əhəd oğlu Aslanovun ev muzeyidir. Ətraflı - videomuzda.
Həzi Aslanov Sovet İttifaqı Qəhrəmanı adını iki dəfə alıb. Biri 1942-ci, ikincisi 1944-cü ildə. Belarusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilsə də, milliyyətcə erməni olan general İ.Baqramyan buna mane olur.
Muzeyin direktoru Şərifova Cəmilə Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, ölümündən 47 il sonra jurnalist Musa Bağırovun uzun illər araşdırması nəticəsində 1991-ci ildə Qorbaçovun fərmanı ilə təsdiqlənib ki, H.Aslanov həqiqətən də Böyük Vətən Müharibəsi illərində ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Həzi Aslanovun müharibə illərində saysız-hesabsız qəhrəmanlıqları olub. Onun ölümü də erməni generalı Baqramyanın xain planı nəticəsində olub.
“Baqramyanın bilərəkdən verdiyi yanlış atəş nişanına əsasən, H.Aslanov öz xidməti avtomobilində artilleriya atəşinə məruz qalıb. Nəticədə Həzi Aslanov çox da ağır yaralanmayıb. Gürcü həkim Baqaşvilinin danışdığına əsasən, H.Aslanova qan köçürülüb. General vəziyyətdən çıxarılıb və 23 saat sağ qalıb. Hətta xahiş edib ki, həmin həkim onunla bərabər Moskvaya getsin. Həmin vaxt H.Aslanovu Moskvaya aparmaq üçün təyyarə gəlməli imiş. Bir müddətdən sonra gürcü həkim naməlum şəkildə oradan uzaqlaşdırılıb. Bir neçə saatdan sonra isə Həzi Aslanovun dünyasını dəyişdiyi xəbəri yayılıb. Bildiyimiz kimi,  təyyarənin gecikdirilməsi də Baqramyanın işi olub”.
Həzi Aslanov 24 yanvar 1945-ci ildə Pribaltikada dünyasını dəyişib. Onun cənazəsi 31 yanvar tarixində Azərbaycana gətirilib. Əhali ilə 3 gün görüş mərasimi keçirildikdən sonra 3 fevral 1945-ci ildə Dağüstü parkda dəfn olunub.
Həzi Aslanovun ev muzeyində  2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olan tankçılardan birinin forması da qorunur.
“2020-ci ildə burada Müdafiə Nazirliyi tərəfindən keçirilən tədbir zamanı bu forma gizir Paşa Mehdiyev tərəfindən muzeyə hədiyyə olunmuşdu. Çox təəssüf ki, 44 günlük Vətən müharibəsi zamanı formanı bizə təqdim edən Paşa Mehdiyev özü də qəhrəmancasına şəhid olub. Bu il yenidən Müdafiə Nazirliyi tərəfindən muzeyimizdə böyük tədbir keçirildi və Paşa Mehdiyevin şəhid olduğu tankın qalıqları muzeyə hədiyyə olundu.
Xəbər lenti
0