Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ötən ay böyük bir ərazi erməni minalarından təmizlənib

© Sputnik / Aleksey Kudenko / Fotobanka keçməkANAMA əməkdaşı Qarabağda əraziləri minalardan təmzləyir
ANAMA əməkdaşı Qarabağda əraziləri minalardan təmzləyir  - Sputnik Azərbaycan, 1920, 01.09.2021
Bir ay ərzində Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 455 piyada əleyhinə mina, 70 tank əleyhinə mina və 503 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
BAKI, 1 sentyabr — Sputnik. Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilən ərazilərdə icra olunan əməliyyatlar barədə avqust ayı üzrə statistik məlumatları açıqlayıb.
ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, avqustun 1-dən 31-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 455 piyada əleyhinə mina, 70 tank əleyhinə mina və 503 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Məlumatda qeyd olunur ki, 634 hektar ərazi mina və PHS-lardan təmizlənib.
Xatırladaq ki, iyulun 23-dən 28-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 77 piyada əleyhinə mina, 31 tank əleyhinə mina və 107 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Məlumata görə, 179 hektar ərazi mina və PHS-dən təmizlənib.
Həmçinin oxuyun:
Bərdə-Ağdam yolu minalardan təmizlənir
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала