Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ucarda evinin ikinci mərtəbəsində istixana yaradan şəxs saxlanıldı

© Sputnik / Konstantin Chalabov / Fotobanka keçməkПарник, фото из архива
Парник, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.09.2021
Ucar rayon sakininin yaşadığı ünvana keçirilən baxış zamanı evin ikinci mərtəbəsindəki istixanadan yaş çəkisi 40 kiloqramdan artıq olan kultivasiya yolu ilə yetişdirilən 38 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
BAKI, 1 sentyabr — Sputnik. Evində quraşdırdığı istixanada narkotik yetişdirən Ucar sakini yaxalandı. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, "Xaş-xaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs Ramil İsrayılov saxlanılıb.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı evin ikinci mərtəbəsindəki istixanadan yaş çəkisi 40 kiloqramdan artıq olan kultivasiya yolu ilə yetişdirilən 38 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Dindirilmə zamanı R.İsrayılov çətənə bitkilərini iyul ayının əvvəlində əkdiyini və aqrotexniki qaydada qulluq edərək yetişdirdiyini etiraf edib.
Faktla bağlı Ucar RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.
Qeyd edək ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2021-ci ilin yanvar-iyun ayları ərzində ölkədə qeydə alınan 14928 cinayət hadisəsinin 4145-i və ya 27,8 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42,7 faiz çoxdur.
Onların 57,9 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 35,7 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 4,6 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,7 faizini güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, 0,1 faizini isə digər cinayətlər təşkil edib.
Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 2757 nəfər cinayət törətmiş şəxs müəyyən edilib ki, onların da 2719-u cinayət məsuliyyətinə cəlb olunub, 38-i isə qanunvericiliyə uyğun cinayət məsuliyyətindən azad edilib.
Cinayət törədən şəxslərin 73,7 faizini heç yerdə işləməyən və oxumayanlar, 35,0 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunan şəxslər təşkil edib. Cinayət törədən şəxslərin 2,5 faizi qadınlardır. Cinayət törədənlərin 0,2 faizi 14-17 yaşda olan uşaqlar, 7,9 faizi 18-24 yaşlı, 18,0 faizi 25-29 yaşlı gənclər, 73,9 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.
2021-ci ilin yanvar-iyun aylarında müsadirə edilən 2984,2 kiloqram narkotik maddələrin 1947,4 kiloqramını heroin, 618,9 kiloqramını marixuana, 245,5 kiloqramını tiryək, 57,5 kiloqramını həşiş, həşiş yağı və qətranı, 114,9 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.
Həmçinin oxuyun:
* Narkotiklərin tüğyanı: Lənkəranda "patı" əməliyyatı keçirildi, saxlanılanlar var
* DİN-dən "patı" açıqlaması
* Baş Narkotiklərlə Mübarizə İdarəsi sosial şəbəkələrdə hesab yaradıb
* Azərbaycan - İran sərhədində atışma, ölən var
* Tərəvəzdən pul çıxara bilməyən maştağalı fermerlər istixanada narkotik becəriblər
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала