Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik sosial şəbəkələrdə yeni tədris ili ilə bağlı yayılan məlumata aydınlıq gətirib

© Sputnik / Murad OrujovRəfael Hüseynov adına 49 №li "İntellekt" məktəb-liseydə "Yay məktəbi" təşkil olunub
Rəfael Hüseynov adına 49 №li İntellekt məktəb-liseydə Yay məktəbi təşkil olunub - Sputnik Azərbaycan, 1920, 01.09.2021
Nazirlik sosial şəbəkələrdə yeni tədris ili bağlı yayılan məlumata aydınlıq gətirdi. Nazirlik sosial şəbəkələrdə yeni tədris ili bağlı yayılan məlumata aydınlıq gətirdi.
BAKI, 1 sentyabr — Sputnik. Son günlər valideynlər arasında sentyabr ayından təlim-tədrisin bərpa ediləcəyi ilə bağlı məlumatlar yayılıb. Məlumatda qeyd olunur ki, dərslər müxtəlif vaxtlarda və fərqli formalarda başlayacaq. Hətta bunu əks etdirən cədvəl də yayılıb.
Yayılan məlumatı dəqiqləşdirmək üçün Sputnik Azərbaycan Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektoru ilə əlaqə saxlayıb.
Sputnik Azərbaycan-a bildirilib ki, yayılmış cədvəl həqiqəti əks etdirmir.
Nazirlik valideynləri rəsmi informasiyalara inanmağa səsləyib:
“Təhsil Nazirliyi məlumatları operativ şəkildə həm birifinq, həm press-reliz, həm də müsahibələrlə ictimaiyyətə çatdırır. Bu məlumatlar yalnız Təhsil Nazirliyi yaydığı zaman rəsmi məlumat kimi qəbul edilə bilər. Təhsil Nazirliyi isə hələki  yeni tədris ilindən dərslərin hansı formada keçiriləcəyi barədə məlumat yaymayıb”, - deyə nazirlikdən bildirilib.
Həmçinin oxuyun:
Dünya Səhiyyə Təşkilatı Azərbaycanı məktəbləri açmağa çağırdı
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала