CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Haydı balıq ovuna - tətbiq edilmiş moratoriumun müddəti bitdi

© AFP 2023 / MIGUEL RIOPAМассовый лов рыбы, фото из архива
Массовый лов рыбы, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.09.2021
Abunə olmaq
Bundan sonra həvəskar balıqçılar əvvəlcədən müəyyən olunmuş yerlərdə qarmaqla 5 kiloqrama qədər balıq ovlaya bilərlər.
BAKI, 1 sentyabr — Sputnik. Balıq ovuna tətbiq edilən qadağanın müddəti sentyabrın 1-də bitir. Sənaye balıq ovu ilə məşğul olmaq istəyən şəxslər müvafiq icazə sənədlərini – balıqovlama biletlərini əldə etməlidirlər. Balıqovlama bileti əldə olunduqdan sonra fiziki və hüquqi şəxslər, ümumiyyətlə vətəndaşlar balıq ovlamaq üçün hüquq əldə edirlər.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib.
"Sənaye balıq ovu üçün yalnız balıqovlama bileti tələb olunur. Bu, həvəskar balıq ovuna şamil olunmur. Həvəskar balıqçılar əvvəlcədən müəyyən olunmuş yerlərdə qarmaqla 5 kiloqrama qədər balıq ovlaya bilərlər", - deyə A.Səmədova qeyd edib.
Xatırladaq ki, balıqların kürüləmə dövrü ilə əlaqədar mayın 1-dən sentyabrın 1-dək balıq ovuna moratorium tətbiq olunmuşdu.
Həmçinin oxuyun:
Xəzər dənizinin bioloji ehtiyatlarının vəziyyəti açıqlanıb
Xəbər lenti
0