Qırğızıstan Prezidentindən Polad Bülbüloğluna böyük jest

© Sputnik / Murad OrujovПосол Азербайджана в России Полад Бюльбюльоглу
Посол Азербайджана в России Полад Бюльбюльоглу - Sputnik Azərbaycan, 1920, 01.09.2021
Abunə olmaq
Prezident Sadır Japarov bildirib ki, gələn il keçiriləcək "Karakol - MDB-nin mədəniyyət paytaxtı" layihəsi də DHƏF tərəfindən maliyyələşdiriləcək.
BAKI, 1 sentyabr — Sputnik. Qırğızıstan Prezidenti Sadır Japarov Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) İdarə heyətinin həmsədri Mixail Şvıdkoy, Azərbaycanın Rusiyadakı səfiri, DHƏF-in sədri Polad Bülbüloğlu və DHƏF-in icraçı direktoru Anatoli İksanovla görüşüb.
Sputnik Azərbaycan xəbər verir ki, Sadır Japarov fondun Qırğızıstandakı fəaliyyətini yüksək qiymətləndirib, Müstəqil Dövlətlər Birliyi ölkələri arasında mədəni sahədə əlaqələrin möhkəmlənməsində DHƏF-in böyük rolu olduğunu bildirib.
Dövlət başçısı deyib ki, fond hər il Qırğızıstanda mədəni sahədə keçirilən 5-6 layihəni maliyyələşdirir. Gələn il keçiriləcək "Karakol - MDB-nin mədəniyyət paytaxtı" layihəsi də fond tərəfindən maliyyələşdiriləcək.
Prezident Sadır Japarov bildirib ki, ölkələr arasında dostluq və əməkdaşlığın genişləndirilməsi sahəsindəki xidmətlərinə görə Mixail Şvıdkoy "Danaker", Polad Bülbüloğlu "Dostluq" ordenlərinə layiq görülüblər, Anatoli İksanov isə Qırğızıstan Respublikasının Fəxri Fərmanı ilə təltif edilib.
Ordenləri və Fəxri Fərmanı təqdim edən Qırğızıstan Prezidenti, onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.
Azərbaycanın sabiq mədəniyyət naziri (1988–2006), Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, Türkmənistanın Xalq artisti, Dağıstan Respublikasının Əməkdar incəsənət xadimi onlarla mahnının müəllifidir. Dahi müğənni Bülbülün ailəsində doğulan Xalq artisti onlarla filmin bəstəkarı olmaqla yanaşı, bir çox filmlərdə rol alıb.
Xəbər lenti
0