Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ukraynada düşmənləri əbədi yox etmək üçün bir yol tapıblar

© AP Photo / Igor ChekachkovПолиция Украины, фото из архива
Полиция Украины, фото из архива  - Sputnik Azərbaycan, 1920, 31.08.2021
Abunə olmaq
Ukraynanın faktiki olaraq Minsk razılaşmalarından çıxması üçün iki qanun layihəsindən birinin qəbul edilməsi kifayət edəcək.
Valeri Mixaylov, RİA Novosti
Ukrayna hökuməti Minsk razılaşmalarının Kiyev tərəfindən həyata keçirilməsinin nəzəri ehtimalının belə qəbulunun dəfni üçün qanun layihəsini dəstəkləyib.
Xatırladaq ki, cəmi bir neçə həftə əvvəl Nazirlər Kabineti qondarma keçid dövrü haqqında qanun layihəsini təsdiqləyib. Burada yerli əhalini xeyli heyrətləndirəcək geniş hüquqlardan, "gələcəyin gözəl Ukraynasından", Rusiya üzərində "qələbə"nin şərəfinə saysız-hesabsız abidə və memorialların tikiləcəyindən bəhs edilir.
Rəsmi Kiyev üçün xoşagəlməyən hər hansı bir qrupun terrorçu təşkilat kimi tanınmasını asanlaşdırmaq üçün indi hökumət parlamentə "Təşkilatın terrorçu kimi tanınması ilə əlaqədar Ukraynanın bəzi qanunlarına dəyişikliklər edilməsi haqqında" qanun layihəsini təqdim edib.
Belə bir qanun qəbul edildikdən sonra, Qərb nəinki Ukraynanın Minsk Sazişi üzrə öhdəlikləri yerinə yetirməməsinə, həm də ölkədəki insan hüquqları və əsas azadlıqların pozulmasına, hətta Ukrayna hakimiyyətinin qanqaraldıcı hərəkətlərinə bir daha göz yumacaq.
Qanun layihəsinin izahlı qeydində, onun qəbul edilməsinin zəruriliyi təmtəraqlı cümlələrlə ifadə edilib və anlaşılmazdır. Çünki müəlliflər həqiqi hədəfin - "terror təşkilatı" etiketinin sadələşdirilməsinə və meyarların genişləndirilməsinə cürət etməyiblər. 
Xatırladaq ki, müxtəlif səviyyələrdə Ukrayna hakimiyyətinin nümayəndələri artıq yeddi il ərzində özünü respublika elan etmiş "LXR" və "DXR"ı terror təşkilatı adlandırmağa çalışır. Donbasda müharibənin özü də "antiterror əməliyyatı" adı altında başlayıb. Ukrayna hakimiyyəti bu fikirlərlə beynəlxalq səviyyəyə belə çıxıb. 
İlk növbədə geniş anlamlı terror təşkilatının təyin olunması ortaya çıxır. Bu, "funksiyaların bölüşdürülməsinin həyata keçirildiyi çərçivədə müəyyən davranış qaydalarının müəyyən edilməsi, terror fəaliyyətinin həyata keçirilməsi məqsədilə yaradılmış bir neçə şəxsin (beş və daha çox) davamlı iyerarxiya tabeliyi, terror aktlarının hazırlanması və həyata keçirilməsi zamanı bu şəxslər üçün məcburidir". Qorxulu heç bir şey yoxmuş kimi, sanki bir məqsəd təyin etmək lazımdır (terror hücumlarının həyata keçirilməsi) və ya terror hücumlarının özlərinə ehtiyacınız var.
Lakin aşağıdakı təklif hər şeyi alt-üst edir: "təşkilatın üzvü olan və ya bu təşkilatla əlaqəsi olan ən azı bir şəxs terror fəaliyyətini həyata keçirərsə, bu fəaliyyət təşkilatçılardan və ya rəhbərlərdən (rəhbər orqanlardan) və ya son benefisiar sahibindən ən azı birinin niyyəti ilə əhatə olunsa, təşkilat terror kimi tanınır".
Müqayisə üçün: indi təşkilatı terrorçu kimi tanınması üçün onun bölmələrinin ən azı birinin rəhbərliyinin xəbəri ilə terrorla məşğul olduğunu sübut etmək lazımdır. İndi söhbət hətta təşkilatın ayrı bir üzvündən deyil, onunla bir növ əlaqəsi olan müəyyən bir şəxsdən gedir! Məhkəməni hansısa şəxsi terrorçu kimi tanımağa məcbur etmək bütöv strukturla belə hoqqanı çıxarmaqdan çox-çox asandır. Yalnız bundan sonra bu "terrorçunun" terrorçu kimi damğalanması tələb olunan bir təşkilatla əlaqəsi olduğunu tanımaq texnologiya məsələsidir. Hətta onun fəaliyyəti rəhbərin "niyyəti ilə əhatə edilməsini" müəyyən etmək lazımdır. Üstəlik "niyyəti ilə əhatə etmək" anlayışı deşifrə olunmur - bəlkə də söhbət gizli xəyallardan gedir. Ancaq mütləq bunu daha geniş şəkildə izah etmək olar.
Bundan əlavə, terror təşkilatının etirafındansa Cinayət Məcəlləsinin altı maddəsindən birində günahkar olan şəxsin etirafı yetərli olduğu şərh edilir:
- terror aktı;
- terrorun təşkilinə cəlb etmək;
- ictimai terrorçuluq çağırışları;
- terror təşkilatı yaratmaq;
- terror aktına kömək;
- terrorizmin maliyyələşdirilməsi.
Göründüyü kimi, altı maddədən beşi terror aktının özünün törədilməsi zəruriliyini belə nəzərdə tutmur.
Bir şəxsə bu maddələrdən biri ilə hökm çıxarıldıqda, UTX nin himayəsindəki məhkəmə terror təşkilatını tanıyacaq. Hansı ki, onun bir əlaqəsi var.
Bundan sonra, beş gün ərzində təşkilatı terrorçuların reyestrinə daxil olan məhkəmə qərarı eyni UTX-ya göndərilir. Sonuncu UTX-nin rəsmi saytında yerləşdiriləcək. İctimai sahədə təşkilatın adı, rəhbərlər və benefisiar haqqında məlumatlar, məhkəmə qərarına istinad və tətbiq olunan cinayət-hüquqi xarakterli tədbirlərin növü olacaq. Bu isə təkcə konkret şəxs üçün "müddət" deyil, həm də təşkilatın fəaliyyətinin qadağan edilməsi və onun aktivlərinin müsadirə edilməsi və s.
Praktik müstəvidə aydındır ki, məsələn, LXR və DXR ilə əlaqədar olaraq, Donbasdakı təmas xəttində hər hansı bir atışmanın UTX tərəfindən (bir dəfədən çox olmuş) terror aktı kimi qiymətləndirilə bilər. Bundan sonra isə məhkəmədə işə baxılması sxemində tanınmamış respublikalar əslində avtomatik olaraq terrorçu kimi tanınacaqlar. Bu nəhayət Minsk razılaşmalarının icrasını dəfn edəcək. Kiyev rejiminin "inadkarlığını" nəzərə alaraq, Rusiyaya və ya onun hər hansı bir orqan və təşkilatına qarşı belə bir hoqqanı həyata keçirilməsi cəhdləri istisna oluna bilməz.
Ancaq məsələ bununla da məhdudlaşa bilməz. Qanun siyasi rəqiblərə (partiyalara, müxalifət mediasına və sair) və hətta aktivləri olan insanlara qarşı ölümcül kimi tətbiq edilə bilər. UTX-nin buna təxribatçılarının çatacağını Ukraynanın ən yeni tarixinin faktları göstərir.
Yəni söhbət təkcə "Minsk"dən faktiki olaraq çıxmaqla yanaşı, həm də nasist qoxusu ilə Ukraynada totalitarizmin daha da güclənməsindən gedir. Bəli, əlbəttə ki, təsvir olunan hər şeyin gerçəkləşməsi üçün bu qanun layihəsinin Ali Radadan keçməsi zəruridir.
Yeri gəlmişkən, Ukraynanın faktiki olaraq Minsk razılaşmalarından çıxması üçün iki qanun layihəsindən birinin qəbul edilməsi kifayət edəcək: ya "terrorçu", ya da yuxarıda qeyd olunan "keçid dövrü" barədə qanun layihəsi. Lakin belə görünür ki, iş hər iki layihənin qəbulu ilə yekunlaşmayacaq. Bunun qarşısını yalnız qərbli himayədarların Zelenski və Ko-ya qulaqburması vermələri ala bilər.
Xəbər lenti
0