Arıqlamaqla bağlı bu mifləri unudun

© pixabay / oleg_mitХудая девушка, фото из архива
Худая девушка, фото из архива - Sputnik Azərbaycan, 1920, 31.08.2021
Abunə olmaq
Dietoloq Yelena Kalen bildirib ki, ərzaqları "yaxşı" və "pis", "faydalı" və "zərərli" deyə ikiyə ayırmaq mifdən başqa bir şey deyil. İnsanlar bu zaman xoşladıqları yeməkləri menyudan çıxarlar ki, belə məhdudiyyətlər də onların psixikasına mənfi təsir göstərir.
BAKI, 31 avgust — Sputnik. Dietoloq Yelena Kalen arıqlamaqla bağlı ən məşhur mifləri alt-üst edib. Rusiya mediasının "UfacityNews" agentliyinə istinadla verdiyi xəbərə görə, dietoloq kiçik porsiyalarla tez-tez qida qəbul etməyin maddələr mübadiləsini sürətləndirdiyi barədə fikrin doğru olmadığını deyib. Onun sözlərinə görə, aclıq hiss etmədən qəbul edilən qida əksinə, kökəlməyə səbəb ola bilər.
Bundan başqa, çoxları belə hesab edir ki, zülal qəbulunu artıran zaman bədəndə piy toplanması prosesi getmir. Kalen bu fikrin də doğru olmadığını bildirib. Onun sözlərinə görə, qəbul edilən həddən artıq zülal bu maddənin orqanizmdə piyə çevrilmə ehtimalını artırır.
Dietoloq onu da bildirib ki, çox vaxt həm kişilər, həm də qadınlar orqanizm tərəfindən asan mənimsənilən karbohidrogenlərin zərərli olduğunu düşünürlər. Halbuki karbohidrogenlər də, digər maddələr kimi orqanizm üçün lazım olan qida komponentidir.
Kalen onu da əlavə edib ki, ərzaqları "yaxşı" və "pis", "faydalı" və "zərərli" deyə ikiyə ayrmaq arıqlamaqla bağlı mifdən başqa bir şey deyil. İnsanlar bu zaman xoşladıqları yeməkləri menyudan çıxarlar ki, belə məhdudiyyətlər də onların psixikasına mınfi təsir göstərir.
Qeyd edək ki, bir qədər bundan əvvəl dietoloq Lora Ford səhvən zərərli hesab olunan, əslində isə insan orqanizminə müsbət təsir gösətərn 6 məhsulun adını sadalamışdı. O bildirmişdi ki, bədən quruluşunun pozulmasından ehtiyat edərək makaronu menyudan çıxartmaq doğru deyil. Çünki makaron bağırsaq mikroflorası üçün faydalıdır. Dietoloq makarondan tamamilə imtina etmək əvəzinə, bu məhsulu bol tərəvəzli salatla birgə yeməyi məsləhət görmüşdü.
Xəbər lenti
0