CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev Azərbaycan paralimpiyaçılarını təbrik edib

© Official website of President of Azerbaijan RepublicПрезидент Ильхам Алиев выступил на онлайн Саммите Организации экономического сотрудничества
Президент Ильхам Алиев выступил на онлайн Саммите Организации экономического сотрудничества - Sputnik Azərbaycan, 1920, 28.08.2021
Abunə olmaq
Şəhanə Hacıyeva, Vüqar Şirinli, Sevda Vəliyeva cüdoda, Raman Saleh isə 100 metr məsafəyə arxası üstə üzmə yarışında Paralimpiyanın qızıl medallarını qazanıblar.
BAKI, 28 avqust - Sputnik. Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında Azərbaycan idmançılarının qələbəsi ilə bağlı növbəti paylaşım edib.
""Tokio-2020" Yay Paralimpiya Oyunlarında komandamızın qazandığı qızıl medalların sayı altıya çatmışdır. Bu münasibətlə növbəti qızıl medallar qazanmış Sevda Vəliyeva, Xanım Hüseynova və Hüseyn Rəhimlini səmimi qəlbdən təbrik edir və komandamıza yeni-yeni nailiyyətlər arzu edirəm!" - Prezidentin “Twitter” hesabında paylaşdığı təbrikdə deyilir.
Qeyd edək ki, Azərbaycan komandası Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında altı qızıl, iki bürünc medal qazanıb. Paracüdoçularımız Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), üzgüçü Raman Saleh qızıl, pauerliftinqçi Pərvin Məmmədov və daha bir paracüdoçumuz Namiq Abbaslı isə bürünc medala sahib çıxıblar.
---------
11:58
Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızıl medallar qazanan Azərbaycan idmançılarını təbrik edib.
Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısının tvitter hesabında bununla bağlı paylaşımında deyilir:
"Milli Paralimpiya komandamızın üzvləri – Şəhanə Hacıyeva, Vüqar Şirinli və Raman Salehi “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə qələbə sevincini yaşatdıqlarına görə ürəkdən təbrik edir, onlara və komandamızın digər üzvlərinə bundan sonra da yalnız uğurlar arzulayıram!"
Qeyd edək ki, avqustun 27-də qadın paracüdoçu Şəhanə Hacıyeva Olimpiya çempionu adını qazanıb. 48 kq çəki dərəcəsində mübarizə aparan idmançımız fransalı Sandrin Martine qalib gəlib.
Cüdoda ikinci qızıl medalımızı isə 60 kq-da mübarizə aparan Vüqar Şirinli qazanıb. İdmançımız final görüşündə Qazaxıstan təmsilçisi Anuar Sarıyevə qalib gəlib.
Raman Saleh isə 100 metr məsafəyə arxası üstə üzmə yarışında bütün rəqiblərini geridə qoyaraq qızıl medal qazanıb.
Bir neçə dəqiqə bundan əvvəl cüdoçumuz Sevda Vəliyeva (57 kq) Tokio Paralimpiadasında Azərbaycan komandasının dördüncü qızıl medalını qazanıb.
Tokioda ilk medalımızı qazanan isə pauerliftinqdə qüvvəsini sınayan Pərvin Məmmədov olub. O, bürünc medala sahib çıxıb. Daha bir bürünc medal qazanan idmançımız isə cüdoçu Namiq Abbaslıdır.
Eləcə də oxuyun:
Azərbaycan Tokio Paralimpiadasında ilk medalını qazanıb
Paralimpiyaçılarımız Tokioda üç qızıl və bir bürünc medal qazanıblar
Xarı-bülbül Tokioda: Azərbaycan Paralimpiadanın paradında iştirak edib
Xəbər lenti
0