Yoldan uçan yarış maşını iki izləyicini öldürdü

© AFP 2021 / TIZIANA FABI İtaliyada karabinerlər, arxiv şəkli
İtaliyada karabinerlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.08.2021
Şahidlərin sözlərinə görə, müşahidə yeri yoldan 20 m aralıda olub və hasarla əhatələnməyib. Yarış dayandırılıb.
BAKI, 28 avqust - Sputnik. İtaliyanın Emiliya-Romanya vilayətində keçirilən ralli zamanı yoldan uçub kənara düşən maşın iki nəfərin həyatına son qoyub.
Sputnik Azərbaycan bildirir ki, bu barədə la Stampa yazır.
 
İlkin məlumata görə, Peugeot avtomobili asfaltda sürüşərək tamaşaçıların olduğu təpəliyə doğru uçub. Şahidlərin sözlərinə görə, müşahidə yeri yoldan 20 m aralıda olub və hasarla əhatələnməyib.
Yarış dayandırılıb.
San-Polo-d`Enza şəhərinin karabinerləri araşdırmaya başlayıblar. Hadisə yerinə gələn mer isə bildirib ki, qəzanın baş verdiyi yer çox təhlükəli zona sayılmayıb. Onun sözlərinə görə, yarışçı sol döngə əvəzinə, "hansısa səbəbdən, ola bilər ki, idarəetmənin itirilməsi səbəbindən" tamaşaçıların olduğu sağ tərəf uçub.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала