Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan, 1920
SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: “Paşinyanın hazırda səsləndirdiyi bəyanatlar gecikmiş mesajlardır”

© Sputnik / Murad OrujovPolitoloq Tofiq Abbasov
Politoloq Tofiq Abbasov - Sputnik Azərbaycan, 1920, 28.08.2021
Politoloq Tofiq Abbasov deyib ki, əgər danışıqlar aparılmalıdırsa, bu danışıqlara gərək hər iki tərəfin meyli, hazırlığı, onların birgə tərtib etdiyi gündəmi olsun
Tofiq Abbasov: “ATƏT-in Minsk qrupu boş, mənası olmayan bir institutdur”
Ermənistan Baş naziri Nikol Paşinyan bu gün parlamentdə çıxışı zamanı rəsmi Yerevanın Qarabağ üzrə konstruktiv danışıqlara hazır olduğunu bildirib. Paşinyan vurğulayıb ki, Ermənistan hökuməti danışıqlar prosesinin ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində aparılmasını vacib hesab edir.
Politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a deyib ki, Paşinyanın bu bəyanatlarının hamısı cəfəngiyyatdır: “Çünki əgər danışıqlar aparılmalıdırsa, bu danışıqlara gərək hər iki tərəfin meyli, hazırlığı, onların birgə tərtib etdiyi gündəmi olsun. Bu gündəlik isə yoxdur. ATƏT-in Minsk qrupu boş, mənası olmayan bir institutdur. Bizim üçün gündəlik olmadığından danışıqların heç bir mahiyyəti yoxdur. İndi isə Paşinyan dünya birliyinə təqdim etməyə çalışır ki, problemin kökündə guya Azərbaycanın destruktiv mövqe sərgiləməsi durur. Lakin 2020-ci ilin sentyabrına qədər məhz Ermənistan tərəfi destruktiv mövqe sərgiləyib. Nəticədə də sülh danışıqları iflasa uğradı və Azərbaycanın əks-hücumu qaçılmaz oldu. Paşinyanın hazırda səsləndirdiyi bəyanatlar gecikmiş mesajlardır və onların heç bir gücü, Azərbaycana təsiri yoxdur. Ümumiyyətlə, onların heç mənası da yoxdur”.
Tofiq Abbasovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
 
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала