Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

© Sputnik / Murad OrujovВид на Flame Towers (Пламенные башни) в Баку, фото из архива
Вид на Flame Towers (Пламенные башни) в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.08.2021
Qərar 2021-ci il 1 sentyabr saat 06:00-dan qüvvəyə minir. Xüsusi karantin rejiminin müddəti sentyabrın 1-də başa çatırdı.
BAKI, 28 avqust - Sputnik. Azərbaycanda xüsusi karantin rejiminin müddəti noyabrın 1-dək uzadılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara etdiyi dəyişiklikdə əksini tapıb.
Sənəddə qeyd olunur ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin
rejiminin müddəti 2021-ci il 1 noyabr saat 06:00-dək uzadılsın.
Həmçinin 2021-ci il 4 sentyabr saat 00:00-dan 6 sentyabr saat 06:00-dək, 11 sentyabr saat 00:00-dan 13 sentyabr saat 06:00-dək, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək, 25 sentyabr saat 00:00-dan 27 sentyabr saat 06:00-dək, 2 oktyabr saat 00:00-dan 4 oktyabr saat 06:00-dək, 9 oktyabr saat 00:00-dan 11 oktyabr saat 06:00-dək, 16 oktyabr saat 00:00-dan 18 oktyabr saat 06:00-dək, 23 oktyabr saat 00:00-dan 25 oktyabr saat 06:00-dək, 30 oktyabr saat 00:00-dan 1 noyabr saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılacaq.
Qərar 2021-ci il 1 sentyabr saat 06:00-dan qüvvəyə minir. Xüsusi karantin rejiminin müddəti sentyabrın 1-də başa çatırdı.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала