CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qanunsuz olaraq zərgərlik məmulatlarının ölkədən çıxarılmasının qarşısı alınıb

© The State Customs Committee of ARZərgərlik məmulatları aşkarlandı
Zərgərlik məmulatları aşkarlandı - Sputnik Azərbaycan, 1920, 27.08.2021
Abunə olmaq
Ümumi çəkisi 128 qram olan qızıl zərgərlik məmulatları – 2 ədəd sırğa-üzük-klon dəsti, 1 ədəd sırğa-üzük-klon-qolbaq dəsti aşkar edilib.
BAKI, 27 avqust — Sputnik. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları zərgərlik məmulatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz olaraq keçirmə cəhdinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, HNBGİ Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumata əsasən Bakı-İstanbul aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşı "Qırmızı Kanal" vasitəsilə keçərkən mütləq qaydada bəyan edilməli əşyaları elektron və yazılı formada bəyan etməyib.
Vətəndaşın yükləri rentgen aparatından keçən zaman monitorda zərgərlik məmulatlarının təsvirləri görünüb.
Yoxlama zamanı vətəndaşa məxsus çamadanın içərisində gömrük nəzarətindən gizlədilən, ümumi çəkisi 128 qram olan qızıl zərgərlik məmulatları – 2 ədəd sırğa-üzük-klon dəsti, 1 ədəd sırğa-üzük-klon-qolbaq dəsti aşkar edilib.
Həmçinin oxuyun:
Evin mətbəxində külli miqdarda zərərli məhsul aşkarlandı
Xəbər lenti
0