CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Piyada keçidində yenilik

© Baku Transport AgencyBakıda piyada keçidi
Bakıda piyada keçidi - Sputnik Azərbaycan, 1920, 27.08.2021
Abunə olmaq
Mərhələli şəkildə günəş enerjisi ilə işləyən bu tip xüsusi qurğular işıqlandırmanın zəif olduğu daha 32 məntəqədə tətbiq ediləcək.
BAKI, 27 avqust — Sputnik. Bakının Müzəffər HəsənovVolodarski küçələrinin kəsişməsində günəş enerjisi ilə işləyən xüsusi qurğulardan istifadə olunmaqla eyni səviyyəli piyada keçidinin işıqlandırılmasına başlanılıb. Bu barədə Sputnik Azərbaycan Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Bildirilir ki, piyada keçidinin işıqlandırılmasının nəticəsində günün qaranlıq saatlarında, həmçinin pis hava şəraitində yol nişanlamalarının görünən olması təmin edilib, təhlükəsizlik səviyyəsi artırılıb, piyadaların iştirakı ilə yol-nəqliyyat hadisələrinin baş vermə riski azaldılıb.
Bundan başqa, sözügedən ərazidə piyadaların rahatlığının və təhlükəsizliyinin təmin edilməsi üçün yeni səki və panduslar da inşa olunub.
Mərhələli şəkildə günəş enerjisi ilə işləyən bu tip xüsusi qurğular işıqlandırmanın zəif olduğu daha 32 məntəqədə tətbiq ediləcək.
Həmçinin oxuyun:
Bakıda tıxacın qarşısını almaq üçün yollardan birində dəyişiklik edildi
Xəbər lenti
0