ELM

Müəllimlərin işə qəbulu ilə bağlı nəticələr açıqlanıb

© Photo : Baku city Education DepartmentВ одной из бакинских школ, фото из архива
В одной из бакинских школ, фото из архива  - Sputnik Azərbaycan, 1920, 27.08.2021
Çıxarışını təsdiq etməyən, müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən şəxslərin növbəti turlarda iştirakı təmin olunmayacaq.
BAKI, 27 avqust — Sputnik. Müəllimlərin işə qəbulu üzrə müsabiqəsinin 25 və 26 avqust tarixində keçirilən müsahibə mərhələsinin nəticələri elan olunub. Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, Azərbaycan dili və ədəbiyyat, coğrafiya, ibtidai sinif, musiqi və tarix fənləri üzrə müsahibə mərhələsində iştirak edən namizədlərin şəxsi səhifələrinə bu barədə məlumat göndərilib.
Müsahibələrdə 846 nəfər uğur qazanıb və onlar 1 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etmədirlər.
Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.
Qeyd edək ki, çıxarışını təsdiq etməyən, müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən şəxslərin növbəti turlarda iştirakı təmin olunmayacaq.
Məlumat üçün deyək ki, avqustun 18 və 19-da keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinin nəticələri şəxsi səhifələrə göndərilib. Həmin tarixlərdə alman dili, fizika, fiziki tərbiyə, fransız dili, informatika, kimya, texnologiya, təsviri incəsənət və riyaziyyat fənləri üzrə keçirilən müsahibələrdə 1264 namizəd uğur qazanaraq ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə müəllim olaraq çalışmaq imkanı əldə edib.
Xatırladaq ki, 24-26 avqust tarixlərində 2021-2022-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün vakansiya seçimi mərhələsinin həyata keçirilməsinə start verilib. 24 avqust saat 11:00-dan etibarən start veriləcək müddətli müqavilə ilə müəllimlərin işə qəbulu proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Vakansiya seçimi zamanı namizədlərə 4 vakant yer seçmək hüququ veriləcək. Müddətli müqavilə ilə vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.
Həmçinin oxuyun:
Müəllimlərin işə qəbulu ilə bağlı nəticələr açıqlandı
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала