Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Bir raket kifayətdir": Rusiya donanması "təyyarədaşıyan qatillə" silahlandırılacaq

© Sputnik / Aleksey Danichev / Fotobanka keçməkRusiyanın Hərbi Donaması
Rusiyanın Hərbi Donaması - Sputnik Azərbaycan, 1920, 27.08.2021
Qərb hərbçiləri, siyasətçiləri və jurnalistləri "Zirkon"lardan həmişə söz açıblar. Bu silahın uğurla sınaqdan keçirilməsi Şimali Atlantika Alyansını ciddi şəkildə narahat edir.
BAKI, 27 avqust — Sputnik, Andrey Kots. Rusiya Hərbi Dəniz Donanmasının gəmi və sualtı qayıqları tezliklə zərbə imkanlarını gücləndirəcək – Rusiya Müdafiə Nazirliyi bir qədər əvvəl Maşınqayırma Elm-İstehsalat Birliyi ilə hipersəsli "Zirkon"ların tədarükü üzrə müqavilə imzalayıb. Gözlənildiyinə görə, onlar artıq 2022-ci ildə donanmaya təhvil veriləcək. Dünyada ilk gəmi əleyhinə hipersəsli raket seriyası və Qərbin buna reaksiyası barədə – "RİA Novosti"nin növbəti materialında.
Bir nömrəli məsələ
Avqustun ortalarında ABŞ Silahlı Qüvvələrinin strateji komandanlığının rəhbəri Çarlz Riçard kosmik müdafiə ilə bağlı illik simpoziumda çıxışı zamanı etiraf edib ki, Rusiyanın hipersəsli texnologiyaları NATO üçün ciddi meydan oxuma sayıla bilər. Onun sözlərinə görə, "Zirkon" dənizdəki hipotetik silahlı qarşıdurmada Rusiya Hərbi Dəniz Qüvvələrinə danılmaz üstünlük bəxş edəcək.
"Bizim hazırkı yerüstü və kosmik bazalı ötürücü sistemimiz bu raketlərin aşkarlanması və izlənməsi işinin öhdəsindən gəlməyə bilər. Etiraf etmək lazımdır ki, Rusiya hipersəsli texnologiyalar üzrə dünyanın aparıcı ölkəsidir. Bu ölkədə yüksək sürətli uçan aparatlar – qlayderlərin inkişaf etdirilməsinə böyük sərmayə qoymağa davam edirlər. Və əgər müdafiə sənayemizin müəssisələri qısa müddətdə onlara müqavimət göstərməyin yolunu tapmasa, NATO ölkələrinin donanma gəmiləri həssas vəziyyətə düşəcək", – deyə Riçard vurğulayıb.
Qərb hərbçiləri, siyasətçiləri və jurnalistləri "Zirkon"lardan həmişə söz açıblar. Bu silahın uğurla sınaqdan keçirilməsi Şimali Atlantika Alyansını ciddi şəkildə narahat edir. Məsələn, bir qədər əvvəl Pentaqonun sözçüsü Con Kirbi nüvə təchizatı imkanına sahib Rusiya hipersəsli komplekslərini nəzərəçarpacaq təhlükə yaradan potensial "destabilizasiyaedici amil" adlandırmışdı. Onun sözlərinə görə, ABŞ-da belə silahın yalnız nüvə təchizatı olmayan variantı hazırlana bilər.
Bu bəyanat Rusiyanın Vaşinqtondakı səfirliyinin diqqətindən kənarda qalmadı. Diplomatlar Kirbiyə yumşaq şəkildə xatırlatdılar ki, nüvə başlığı olmayan hipersəsli silah, əlbəttə ki, pis deyil, ancaq Rusiyanın reaksiya verməyə məcbur olduğu daha ciddi şeylər var. Məsələn, Avropada buraxılış qurğularının yerləşdirilməsi kimi.
Kreml də reaksiya verib. "Əgər xatırlayırsınızsa, Vladimir Putin dəfələrlə bu mövzuya toxunaraq deyib: təəssüf ki, biz son onillikdə, hətta bundan daha uzun müddətdə də strateji təhlükəsizliyin bütün sənədli sisteminin mərhələli şəkildə məhvi ilə üzləşdik, bundan başqa, ABŞ və NATO-nun əslində mövcud pariteti pozan müəyyən addımlarını izlədik", – deyə Rusiya Prezidentinin sözçüsü Dmirti Peskov sitat gətirir.
Və bu vəziyyət təhlükəsizliyin təminatı üçün tədbir görməyi tələb edirdi ki, "Zirkon" da belə tədbirlərdən biri hesab oluna bilər.
Heç nə ilə tutmaq mümkün deyil
Qanadlı raketlərin taktiki-texniki xarakteristikasının əsas hissəsi gizli saxlanılsa da, bəzi şeylər məlumdur. Sürəti rekord həddədir – saatda 10 min kilometrdən və ya 9 Max-dan çox. Mənzili – 100 kilometrə bərabərdir. Yürüş sahəsində uçuşu havanın müqavimətinin çox yüksək olmadığı hündürlükdə 30-40 kilometrdir. Döyüş başlığının kütləsi təxminən 450 kiloqramdır.
"Hələlik Qərb ölkələrinin donanmalarında "Zirkon"ları tuta biləcək hava hücumundan müdafiə vasitəsi yoxdur. Onların gəmi ZRK-ları səsə qədər və gəmi əleyhinə raketlərə hesablanıb, ancaq hipersəsli raketlərə qarşı tamamilə gücsüzdür. Atış məsafəsinin uzaqlığı bizim gəmilərə təsir dairəsinə daxil olmadan həm sualtı, həm də yerüstü hədəfləri sıradan çıxarmaq imkanı verir. Donanmamız bu raketlərin kütləvi istehsalına başlamaqla irəliyə doğru ciddi addım atmış olacaq", – deyə Beynəlxalq Silah Ticarətinin Təhlili Mərkəzinin direktoru İqor Korotçenko izah edir.
Vacib məqam: "Zirkon" P-800 "Oniks" və "Kalibr" gəmi əleyhinə raketləri ilə eyni buraxılış qurğusundan start etməyə qadirdir. Nəzəri cəhətdən "Buyan-M" və "Karakurt" layihələrinin kiçik raket gəmiləri də bu silahın daşıyıcısı ola bilər. Beləliklə, hətta kiçik vımpellər belə təyyarədaşıyan gəmi üçün təhlükəyə çevriləcək. Su xəttinin altındakı bir döyüş başlığının vurulması üzən aerodromun sıradan çıxması üçün kifayətdir.
Bu yaxınlarda Şimal donanmasının genişmiqyaslı təlimlərində sınaqdan keçirilmiş yeni Avtomatlaşdırılmış İdarəetmə Sistemi (AİS) perspektivli zərbə kompleksini düşmən gəmilərinə yönəldəcək. "İzvestiya"nın Müdafiə Nazirliyindəki mənbələrə istinadən verdiyi məlumata görə, manevrlər zamanı Tu-142 kəşfiyyat və sualtı qayıq əleyhinə təyyarələrdən ibarət iki heyət şərti düşmən haqqında məlumatı yüz kilometrlərlə məsafədən zərbə vımpelləri və idarə olunan raketlərə çatdırıb. Bununla yanaşı, AİS müstəqil şəkildə daha vacib hədəfləri müəyyənləşdirərək buna uyğun silah seçib.
Prespektivli "Zirkon"larla yanaşı, sistemin nəzarətindəki gəmilər "Yaxont", "Vulkan" və "Kalibr" də daxil olmaqla, əvvəlki nəsil qanadlı raket sistemlərindən istifadə edə bilərlər.
"Qranit"lərin əvəzinə
Hipersəsli raket layihəsinə 2010-cu illərdə, özü də ən ciddi məxfilik şəraitində başlandı. İlk dəfə Vladimir Putin 2018-ci ildə bu layihə haqqında geniş ictimaiyyətə məlumat verdi. Bu günə qədər yerüstü və sualtı gəmilərdən raketlərin doqquz buraxılışı həyata keçirilib ki, onların da hamısı uğurlu olub. Bu payızda "Severodvinsk" nüvə sualtı gəmisindən atəş açılandan sonra sınaqlar başa çatacaq.
Rusiya Müdafiə Nazirliyinin planına əsasən, "Zirkon" zamanla 1980-ci ildən silahlanmada olan və kifayət qədər köhnəlmiş P-700 "Qranit" Gəmi Əleyhinə Raketləri əvəz edəcək. 22350 layihəsinin freqatları, 1144 layihəsinin ağır nüvə kreyserləri olan "Pyotor Velikiy" və "Admiral Naximov", eləcə də 885M və 949 AM layihələrinin çox hədəfli sualtı nüvə qayıqları yeni zərbə kompleksi ilə təchiz olunacaq. İlk "Zirkon"ları isə Şimal donanmasının vımpelləri alacaq.
Özü də bu, NATO-nun hərbi hava və raket əleyhinə müdafiə komplekslərinin qarşısında aciz qaldığı yeganə silah deyil. Artıq planlaşdırılan hipersəsli döyüş başlığına malik "Avanqard" kompleksi və aeroballistik "Kinjal" da silahlanmaya qəbul olunub. Bundan başqa, "Poseydon" pilotsuz sualtı vasitəsinin – düşmən sahillərində dəniz bazalarını və infrastrukturunu məhv etmək üçün nəzərdə tutulmuş nüvə torpedasının sınaqları davam etdirilir.
Həmçinin oxuyun:
Rusiyanın döyüş robotları insanların həyatını yaxşılaşdırır
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала