Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda avro niyə ucuzlaşıb?

© AFP 2023 / MIGUEL MEDINAКупюры достоинством в 500 евро, фото из архива
Купюры достоинством в 500 евро, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.08.2021
Abunə olmaq
Ekspertin sözlərinə görə, vaksinasiya prosesinin sürəti, ABŞ iqtisadiyyatı ilə bağlı müsbət mesajların verilməsi, ABŞ ilə Çin arasında ortaq anlaşma ilə bağlı ehtimalların artması dolları möhkəmləndirir.
BAKI, 25 avqust — Sputnik. Ötən həftə Azərbaycanda avronun məzənnəsi bu ilin ən aşağı səviyyəsinə enib. Avqustun 19-da avronun məzənnəsi 1,9848 manat olub və bu isə cari ildə ən aşağı göstəricidir. Bu ilin yanvarın 7-də avronun məzənnəsi 2,0958 manata çataraq 32 aylıq maksimumu yeniləmişdi. Həmin vaxtdan avro 5,3% ucuzlaşıb.
Bəs maraqlıdır, Azərbaycanda avronun ucuzlaşmasının səbəbləri nədir və bu proses davam edəcəkmi?
İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, ölkəmizdə digər valyutaların məzənnəsi çarpaz formada müəyyən edilir, yəni manatın dollara nisbətdə məzənnəsi və dolların digər valyutalara nisbətdə məzənnəsi.
"Azərbaycanda manatın məzənnəsi ABŞ dolları ilə müqayisədə formalaşır və dolların məzənnəsi 1,7000 manat saxlanılıb. Amma digər bütün valyutaların məzənnəsi manatla dollar arasında olan münasibətdən formalaşır, yəni çarpaz məzənnə hesablaması aparılır. Dünya bazarlarında valyutaların ABŞ dollarına qarşı mövqeyinin dəyişməsi son nəticədə manata qarşı da mövqeyinin dəyişməsinə, yəni ucuzlaşmasına və yaxud bahalaşmasına gətirib çıxarır. Dünya bazarlarında bu ilin əvvəlindən etibarən, Co Bayden ABŞ prezidenti seçiləndən sonra dolların möhkəmlənmə prosesi başlayıb".
Ekspertin sözlərinə görə, hazırda vaksinasiya prosesinin sürəti, ABŞ iqtisadiyyatı ilə bağlı müsbət mesajların verilməsi, ABŞ ilə Çin arasında ortaq anlaşma ilə bağlı ehtimalların artması və s. dolları möhkəmləndirir.
"Ötən həftə birjalarda bu istiqamətdə ciddi sıçrayış baş verib və bu da Azərbaycanda avronun məzənnəsində birbaşa öz əksini tapır. Bu, faktiki olaraq bu gün üçün ölkəmizdə ciddi dəyişikliklərə gətirib çıxarmır. Düzdür, ölkənin gəlirlərində avronun payı əhəmiyyətlidir. Dollardan sonra xarici gəlirlərdə ikinci əsas valyuta məhz avrodur. Amma bu gün avro dollara nisbətdə daha az istifadə olunur".
Daha sonra Rəşad Həsənov Avronun ucuzlaşmasının Avropa İttifaqı ölkələrinə səfərlər üçün imkan yaratdığıını,  yaxud da məhsul idxal edilərkən sahibkarlar üçün müəyyən üstünlüklər yaratdığını diqqətə çatdırıb.
"Amma bu, geniş yayılmış proses deyil. Lakin avronun ucuzlaşması Azərbaycanda gəlirləri avro bazasında formalaşanlara (xüsusilə Avropa İttifaqına aid olan şirkətlərdə çalışanlara) mənfi təsir göstərir", - deyə ekspert qeyd edib.
“Bundan sonra avronun taleyi necə olacaq?” sualına ekspert belə cavab verib:
"İnvestorlarda avro ilə müqayisədə dollara güvən artacaq və yatırımlar bu istiqamətə yönələcək. Avropa Mərkəzi Bankı yumşaq məzənnə siyasətini və bazarlara intervensiyanı davam etdirsə, avronun daha da ucuzlaşma ehtimalı var. Dollar güclənəndə digər bütün valyutalar zəifləyir, dollar zəifləyəndə isə digər bütün valyutalar güclənir. Təbii ki, hər bir valyutanın özünə məxsus xüsusiyyəti var".
Bankda avroda əmanət yerləşdirmək məsələsinə də toxunan iqtisadçı bildirib ki, hazırda Azərbaycanda əmanətlərin valyutada yerləşdirilməsi cəlbedici deyil:
"Xarici valyutada əmanətin sığorta olunan faizini aşağı salıblar. Əgər əmanət 2,5 faizdən yuxarı yerləşdiriləcəksə, illik sığortalanmır. Həm də banklar demək olar ki, xarici valyutada olan əmanətlərə 1-1,5 faiz, bəzi hallarda isə 0,5 faiz tətbiq edirlər. Bu, manatla müqayisədə 6-7 dəfə aşağıdır. İndiki şərtlər daxilində Azərbaycanda bankda avroda əmanət yerləşdirilməsi iqtisadi baxımdan cəlbedici görünmür".
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının avqustun 23-nə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, avronun məzənnəsi 0,3 % artaraq 1,9918 manat olub.
Həmçinin oxuyun:
Manat haqda bilmədiklərimiz və maraqlı faktlar
Xəbər lenti
0