Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"ASAN Xidmət"də vətəndaşları sevindirəcək dəyişiklik

© Official website of President of Azerbaijan RepublicBakıda 6 saylı Asan xidmət mərkəzi
Bakıda 6 saylı Asan xidmət mərkəzi - Sputnik Azərbaycan, 1920, 25.08.2021
Dəyişikliyə əsasən bəzi mərkəzlərdə müvafiq xidmətlə bağlı həftənin beş günü saat 09:00-dan 20:00-dək fasiləsiz növbə sistemi fəaliyyət göstərir.
BAKI, 25 avqust — Sputnik. Vətəndaşların müraciət çoxluğu nəzərə alınaraq "ASAN Xidmət"də xidmət vaxtı uzadılıb. Sputnik Azərbaycan "ASAN Xidmət"ə istinadən xəbər verir ki, Bakı, SumqayıtGəncə "ASAN xidmət" mərkəzlərində vətəndaş müraciətlərinin daha çox olduğu şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi ilə bağlı xidmət saatlarına dəyişiklik edilib.
Dəyişikliyə əsasən həmin mərkəzlərdə müvafiq xidmətlə bağlı həftənin beş günü saat 09:00-dan 20:00-dək fasiləsiz növbə sistemi fəaliyyət göstərir.
Eyni zamanda vətəndaş məmnunluğunun və operativliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi ilə birgə xidmət prosesində təkmilləşdirmə işləri aparılır.
Həmçinin oxuyun:
"ASAN Xidmət"ə giriş üçün vaksin sənədi tələb edilir? Agentlik aydınlıq gətirdi
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала