Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xarı-bülbül Tokioda: Azərbaycan Paralimpiadanın paradında iştirak edib

© Photo : Azerbaijan National Paralympic CommitteeAzərbaycan paralimpiyaçıları Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarının açılış mərasimində
Azərbaycan paralimpiyaçıları Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarının açılış mərasimində  - Sputnik Azərbaycan, 1920, 24.08.2021
On altıncı Yay Paralimpiya Oyunlarının açılış mərasimində 20 nümayəndə heyəti koronavirus infeksiyasına yoluxmaqdan qorxduğu üçün iştirak etməyib.
BAKI, 24 avqust - Sputnik. Azərbaycan nümayəndə heyəti Tokioda Paralimpiya Oyunlarının iştirakçı komandalarının paradında iştirak edib. Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan təmsilçilərinin kostyumlarının yaxalığına ölkənin İkinci Qarabağ müharibəsində qələbəsinin rəmzi olan xarı-bülbül formasında nişanlar taxılıb.
Çərşənbə axşamı, avqustun 24-də Tokioda On altıncı Yay Paralimpiya Oyunlarının açılış mərasimi olub. Paradda 20 idmançımız iştirak edib, onlardan 13-ü atletlər, yeddisi isə rəsmi şəxslər olub. 
Azərbaycan komandası parada dördüncü çıxıb. Bayraqdarımız isə nüvə atıcılığında Paralimpiya çempionu Oloxan Musayev olub. 
© Photo : Azerbaijan National Paralympic CommitteeAzərbaycan paralimpiyaçıları 16-cı Yay Paralimpiya Oyunlarının açılış mərasimində iştirak ediblər
Azərbaycan paralimpiyaçıları Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarının açılış mərasimi  - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Azərbaycan paralimpiyaçıları 16-cı Yay Paralimpiya Oyunlarının açılış mərasimində iştirak ediblər
Paralimpiya Oyunlarının açılış mərasimi tamaşaçılarsız keçib. Elə yarışlarda da onların iştirakı qadağandır. Tribunada ancaq rəsmi şəxslər, o cümlədən Milli Paralimpiya Komitəsinin (MPK) rəhbəri İlqar Rəhimov və təşkilatın baş katibi Kamal Məmmədov oturublar. 
Azərbaycanı Tokio Paralimpiadasında 35 idmançı təmsil edir. Onlar altı idman növündə mübarizə aparacaqlar. Azərbaycan atletlərindən biri, paracüdoçu Ramil Qasımov (73 kq) koronavirus testi pozitiv çıxdığından Oyunlardan kənarlaşdırılıb.
© Photo : Azerbaijan National Paralympic CommitteeAzərbaycan təmsilçisinin kostyumunun yaxasında xarı-bülbül nişanı.
Azərbaycan paralimpiyaçıları Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarının açılış mərasimi  - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Azərbaycan təmsilçisinin kostyumunun yaxasında xarı-bülbül nişanı.
Maraqlıdır ki, Paralimpiya Oyunlarının açılış mərasimində 20 nümayəndə heyəti koronavirus infeksiyasına yoluxmaqdan qorxduğu üçün iştirak etməyib.
Ümumilikdə Tokio Paralimpiadasında 162 nümayəndə heyəti iştirak edəcək. Bu, 2016-cı ildə Rioda keçirilən Paralimpiadadakından üç komanda çoxdur. Tokio Paralimpiasında beş ölkə - Butan, Qrenada, Maldiv, Paraqvay, Sent-Vinsent və Qrenadin - debüt edir. Əfqanıstan idmançıları isə ölkədə yaranan vəziyyət ucbatından yarışlara qatıla bilməyiblər.
Eləcə də oxuyun:
Yay Paralimpiya Oyunlarında iştirak edəcək komandamızın tərkibi bəlli olub
Olimpiada proqramında yeni idman növü - qar voleybolu
Oloxan Musayev: “Biz bu oyunlara ən güclü, həm də böyük heyətlə gedirik
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала