Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Professor: “İqtisadi idarəetmə modelində köklü dəyişikliklər edilməsinə ehtiyac var”

© SputnikRus İqtisad Məktəbinin direktor müavini Elşad Məmmədov
Rus İqtisad Məktəbinin direktor müavini Elşad Məmmədov - Sputnik Azərbaycan, 1920, 24.08.2021
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, ölkənin enerji sektorundan asılılığı aradan qaldırılmalıdır və bunun alternativi yoxdur
Elşad Məmmədov: “İxrac istiqamətlərinin şaxələndirilməsi zərurətdir”
COVID-19 Azərbaycan və Qazaxıstan iqtisadiyyatlarının əhəmiyyətli dərəcədə kiçilməsinə səbəb olub. Hər iki ölkə təbii ehtiyatlarla zəngin olsalar da, COVID-19 pandemiyası kimi iqtisadi sarsıntılar bir daha göstərdi ki, iqtisadiyyatın bir ixrac məhsulundan asılılığını azaltmaq və daha dayanıqlı olmaq üçün iqtisadi şaxələndirmənin genişləndirilməsi vacibdir. Bu barədə Asiya İnkişaf Bankı (ADB) məlumat açıqlayıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, dünya iqtisadiyyatında böhranın dərinləşməsi və pandemiyanın yaratdığı çətinliklər Azərbaycan iqtisadiyyatındakı problemləri də dərinləşdirməkdədir: “Bu da ölkə iqtisadiyyatının şaxələndirilməsi məsələsini prioritetə çevirir. Ölkənin enerji sektorundan asılılığı aradan qaldırılmalıdır və bunun alternativi yoxdur. Bu baxımdan ixrac istiqamətlərinin şaxələndirilməsi zərurətdir. Bunun üçün ilk növbədə ölkədəki iqtisadi idarəetmə modelində köklü dəyişikliklər edilməsinə ehtiyac var. Yeni iqtisadi idarəetmə modelinin Azərbaycanda tətbiqi zəruridir”.
Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала