Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Stomatoloqun səhlənkarlığının qurbanı olan Xalq artistinin doğum günüdür

© Photo : Azerbaijanfilm / 1974Şahmar Ələkbərov
Şahmar Ələkbərov - Sputnik Azərbaycan, 1920, 23.08.2021
7 il davam edən əzab-əziyyətdən sonra görkəmli kino xadimi, Xalq artisti və Əməkdar artist, Azərbaycan SSR dövlət mükafatı laureatı Şahmar Ələkbərov 12 avqust 1992-ci il, 48 yaşında dil xərçəngindən vəfat edib.
BAKI, 23 avqust — Sputnik. Azərbaycan teatr və kinosunda unudulmaz obrazlar yaradan, Xalq artisti Şahmar Ələkbərovun doğum günüdür. Sputnik Azərbaycan xəbər verir ki, o, 1943-cü ildə Gəncə şəhərində doğulub.
Teatrda ilk dəfə Uilyam Şekspirin "Lope de Veqa" tamaşasında çıxış edib. "Ustalar" tamaşasında qazandığı uğurdan sоnra böyük tamaşaçı auditоriyasının rəğbətini qazanıb. Səhnədə ilk rolu "Dağlarda döyüş" filmi ilə başlayıb.
"Azərbaycanfilm" kinostudiyasında aktyor və rejissor kimi fəaliyyət göstərib. Təhsilini başa vurduqdan sonra müəllim-assistent kimi universitetdə saxlanılıb. Şahmar Ələkbərоv teleradiо sahəsində də fəal оlub. Оnun radiоda ilk çıхışı "Ulduz" prоqramının aparıcısı kimi оlub. Bundan başqa, оnlarca televiziya tamaşasında yadda qalan оbrazlar yaradıb. "Mоlla Nəsrəddin" radiо verilişinin aparıcısı оlub. Bir çох filmlərin dublyajında iştirak edib. Yaxınları Şahmar Ələkbərovu "Canlı trio" adlandırırdılar.
"Azərbaycanfilm" kinostudiyasında aktyor, rejissor kimi fəaliyyət göstərən Şahmar teleradio sahəsində də özünü göstərə bilib. Bir çox proqramların aparıcısı olub. Televiziya tamaşalarında gözəl, bənzərsiz rollar yaradıb. Hətta bir çox filmlərin dublyajında iştirak edib. Onun çəkildiyi filmləri xatırlayanda gözümüzün önündə Şahmarın kinoya gətirdiyi yeni obrazlar canlanır. "Qızılqaz" (Rizvan), "Mən ki gözəl deyildim" (Məzahir), "Yeddi oğul istərəm" (Qəzənfər), "Axırıncı aşırım" (İmran), "Həyat bizi sınayır" (Arif), "Bizim küçənin oğlanları" (oğlanlardan biri), "Bakıda küləklər əsir" (Azad), "Qatır Məmməd" (Qatır Məmməd), "Firəngiz" (Feyzi), "Arxadan vurulan zərbə" (Gündüz Kərimli), "Gözlə məni" (Tahir), "Atları yəhərləyin" (İbrahim) və digər filmlərdə Şahmar Ələkbərov qəribə bir ifa tərzi, peşəkar oyunu ilə yaratdığı rollarına özünün möhürünü vurur. Bu filmlər yaradıcılıq karyerasında parlaq ştrixlərlə yadda qalıb.
Onun son filmi "Yük" olub. Filmin premyerasını görməsə də, film Şahmar Ələkbərovun ssenarisi əsasında baş tutmuşdu. Film Bakı milyonçusu Ağa Musa Nağıyevdən bəhs edir. Ekranlaşdırılan film Berlin Film Festivalında nümayiş etdirilib.
Kinomuzun əfsanəvi aktyoru stomatoloqun səhlənkarlığının qurbanı olub. Belə ki, stomatoloqda dili zədələnmişdi, çəkilişlərdə soyuqladığı üçün xoraya çevrilmişdi. Şahmar Ələkbərov mürəkkəb müalicə terapiyalarına, xəstəliyinin fəsadlarına mətinliklə dözürdü. Çox möhkəm iradəli adam idi. 1992-ci ilin qışında ailəsi tərəfindən Hamburqa aparılıb, amma orda bir çarə tapılmayıb.
7 il davam edən əzab-əziyyətdən sonra görkəmli kino xadimi, Xalq artisti və Əməkdar artist, Azərbaycan SSR dövlət mükafatı laureatı Şahmar Ələkbərov 12 avqust 1992-ci il, 48 yaşında dil xərçəngindən vəfat edib.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала