Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Neft qiymətləri həftəyə artım ilə başlayıb

© AP Photo / Eric GayБочка с нефтью, фото из архива
Бочка с нефтью, фото из архива - Sputnik Azərbaycan, 1920, 23.08.2021
Ötən həftə "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 67,85 dollara bərabər olub ki, bu da ondan əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,59 dollar və ya 3,68% azdır.
BAKI, 23 avqust — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb. Sputnik Azərbaycan xəbər verir ki, London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 1,26 dollar artaraq 66,44 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 1,12 dollar bahalaşaraq 63,26 dollar olub.
Keçən həftə dünya bazarlarında neft qiymətləri koronavirusa yoluxanların artması və dolların güclənməsilə təqribən 8 faiz ucuzlaşmışdı. Lakin neftin qiymətləri bu həftəyə artım ilə başlayıb.
Qeyd edək ki, ötən həftə "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 67,85 dollara bərabər olub ki, bu da ondan əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,59 dollar və ya 3,68% azdır.
Ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.
"Azeri Light" neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Xatırladaq ki, 2021-ci ilin iyul ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 717 min barel olub. Bunun 606 min barelini xam neft, 111 min barelini isə kondensat təşkil edib. OPEC+ ölkələri nazirlərinin bu ilin aprel ayında qəbul edilmiş qərarına əsasən, Azərbaycanın hasilatın azaldılması üzrə öhdəliyinin iyulda 98 min barel təşkil etməsi, gündəlik xam neft hasilatının isə iyun ayına nisbətən 10 min barel artırılmaqla 620 min barel həcminə çatdırılması nəzərdə tutulurdu.
Avqustun 1-dən etibarən isə OPEC+ ölkələri nazirlərinin ötən ay keçirilmiş 19-cu iclasında qəbul edilən yeni "Əməkdaşlıq Bəyannaməsi" qüvvədədir. Yeni razılaşmaya görə avqustdan başlayaraq OPEC+ ölkələrinin hər ay gündəlik xam neft hasilatını 400 min barel artırması planlaşdırılır. Bu qərarın qüvvədə olduğu müddətdə Azərbaycan gündəlik xam neft hasilatını hər ay, təxminən, 7 min barel artırmaq, müvafiq olaraq da ixtisarlarla bağlı öhdəliklərini azaltmaq imkanı əldə etmiş olacaq.
Həmçinin oxuyun:
Dünyada neft ucuzlaşır
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала