Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Diyetoloq yemişin necə düzgün yeyiləcəyindən danışıb

© Sputnik / Vitaly Timkiv / Fotobanka keçməkСбор урожая арбузов и дынь в крестьянско-фермерском хозяйстве в Краснодарском крае
Сбор урожая арбузов и дынь в крестьянско-фермерском хозяйстве в Краснодарском крае - Sputnik Azərbaycan, 1920, 23.08.2021
"Qovun çox miqdarda soyuq suyu "sevmir", çünki diareyanın yaranmasına səbəb olur. Ancaq çox miqdarda olmayan qovunlu qara və yaşıl çay daha məsləhətlidir".
BAKI, 23 avqust — Sputnik. Həkim-diyetoloq Anna Belousova Sputnik radiosuna verdiyi müsahibəsində yemişin hansı qida və içkilərlə yeyilib-yeyilməməsindən danışıb. Bu haqda Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir.
Bəzi mütəxəssislər qaraciyər xəstəlikləri üçün xüsusilə faydalı olan bu meyvənin heç bir məhsulla birləşdirilməməsi lazım olduğunu düşünürlər. Ancaq fərqli ölkələrdə bəzi inqrediyentlərlə birlikdə yemişin olduğu klassik yeməklər mövcuddur.
"Aralıq dənizi ölkələrində, xüsusən də sahildə, qovun salatı olan klassik bir resept var. Bu reseptdə kiçik həcmdə olan yemişin içi təmizlənib çıxarılır, sonra içinə yemiş dilimləri, parma vetçinası və ya jamon, soğan, bəzən də avokado da əlavə olunur. Orta Asiyanın klassikası - qovun ya quzu ilə plovdan əvvəl, ya da nahardan sonra verilir", - deyə Belousova bildirib.
Onun fikrincə, yemişi müxtəlif məhsullarla birlikdə yemək olar. Yeganə istisna isə təzə tərəvəzlərdir.
"Qovunu çox sayda təzə tərəvəzlə birlikdə yemək məsləhət deyil, çünki bağırsaq pozğunluğunun yaranmasına səbəb ola bilər", - deyə həkim-diyetoloq xəbədarlıq edib.
Yemişli bir içki seçməkdənsə, yemişli isti çay daha məsləhətdir. Bir mütəxəssisin fikrincə, soyuq su ilə bu meyvə pis uyğunlaşır.
"Qovun çox miqdarda soyuq suyu "sevmir", çünki diareyanın yaranmasına səbəb olur. Ancaq çox miqdarda olmayan qovunlu qara və yaşıl çay daha məsləhətlidir", - deyə həkim hesab edir.
O, yemişi mayalanmış süd içkiləri ilə içməyi tövsiyə etmir. Ancaq bir adam səhər saatlarında qatıq içsə, axşam bu meyvəni yeyə bilməyəcəyini ifadə etmədiyini tibb işçisi bildirib.
Yemişin uzun müddət soyuducuda qalması məsləhət deyil, ancaq iki-dörd gün paketlənmiş salafanda deyil, falqada saxlamaq lazımdır. "Bu, universal antiseptikdir", - deyə diyetoloq izah edib.
https://ria.ru/20210823/dynya-1746788542.html
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала