Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Mədəniyyət Ordusu" yaradıcılıq müsabiqəsində komandamız ilk çıxışını təqdim edib

© AR Ministry of DefenceAzərbaycan hərbçiləri Moskvada "Mədəniyyət Ordusu" yaradıcılıq müsabiqəsində iştirak edir
Azərbaycan hərbçiləri Moskvada Mədəniyyət Ordusu yaradıcılıq müsabiqəsində iştirak edir - Sputnik Azərbaycan, 1920, 23.08.2021
Müsabiqə çərçivəsində hərbçilərimizin ifasında milli hərbi marşlar, o cümlədən Azərbaycan xalq çalğı alətlərinin ifası və Azərbaycan milli rəqsləri təqdim olunacaq.
BAKI, 23 avgust — Sputnik. “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçirilən "Mədəniyyət Ordusu" yaradıcılıq müsabiqəsində Azərbaycanı təmsil edən Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının solistləri ilk çıxışlarını təqdim edib. Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Müsabiqənin birinci günü "Vokal ustalığı" və "İnstrumental janr" mərhələləri üzrə yekunlaşıb.
Hakimlər tərəfindən qiymətləndirmə zamanı iştirakçıların peşəkarlığı və ifa qabiliyyəti nəzərə alınıb.
Müsabiqədə solistlərimizin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.
Azərbaycan xalq çalğı alətlərində hərbçilərimizin çıxışı hakimlərin və zala toplaşanların böyük marağına səbəb olub.
*****
21.08.2021
“Beynəlxalq Ordu Oyunları - 2021” çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərində "Mədəniyyət Ordusu" yaradıcılıq müsabiqəsi keçirilir. Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, müsabiqədə Azərbaycanı Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının kollektivi təmsil edir.
Yaradıcılıq müsabiqəsində komandamız "Vokal ustalığı", "Xoreoqrafik bacarıq", "Instrumental janr" və "Sərgi fəaliyyəti" mərhələləri üzrə mübarizə aparacaq.
Müsabiqə çərçivəsində hərbçilərimizin ifasında milli hərbi marşlar, o cümlədən Azərbaycan xalq çalğı alətlərinin ifası və Azərbaycan milli rəqsləri təqdim olunacaq.
Müsabiqə avqustun 22-dən sentyabrın 5-nə kimi davam edəcək.
Qeyd edək ki,  yarışlarda 20-dək ölkədən beş yüzdən artıq musiqiçi, vokalist və rəqqas iştirak edəcək.
Həmçinin oxuyun:
Hərbçilərimiz “Tank biatlonu” müsabiqəsinə hazırlıqlarını davam etdirirlər
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала