Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Beynəlxalq Ordu Oyunları-2021: dənizçilər üçün püşkatma, artilleriyaçılar üçün brifinq

© AR Ministry of Defence“Artilleriya atəşinin ustaları” beynəlxalq müsabiqəsinin iştirakçıları üçün brifinq keçirilib
“Artilleriya atəşinin ustaları” beynəlxalq müsabiqəsinin iştirakçıları üçün brifinq keçirilib - Sputnik Azərbaycan, 1920, 22.08.2021
Hərbçilərimiz "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində İranda və Qazaxıstanda keçirilən tədbirlərə qatılıblar.
AKI, 22 avqust - Sputnik. "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində İran İslam Respublikasının Ənzəli şəhərində keçirilən “Dəniz kuboku”  müsabiqəsinin püşkatma mərasimi keçirilib.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, püşkatmanın nəticəsinə əsasən, yarışacaq komandaların müsabiqənin mərhələ və epizodlarının icrası üzrə sıralanması müəyyənləşdirilib.
Avqustun 25-dən başlayacaq müsabiqədə hərbi dənizçilər “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə mərhələlərdə güclərini sınayacaq.
Qeyd edək ki, Azərbaycan müsabiqədə HDQ-nin G-122 və G-124 gözətçi gəmiləri ilə təmsil olunur.
Həmçinin “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin başlaması ilə bağlı iştirakçılar üçün brifinq keçirilib.
Brifinqdə iştirakçılara təhlükəsizlik qaydaları çatdırılıb, yarışların xüsusiyyətləri və keçirilmə şərtləri izah olunub, ərazinin maketi üzərində atəş və döyüş hazırlığı tapşırıqlarının yerinə yetirilmə hədləri göstərilib, eləcə də poliqonun infrastrukturu və  maddi-texniki bazası ilə bağlı məlumat verilib
Qeyd edək ki, avqustun 25-dən başlayacaq müsabiqədə Azərbaycan Ordusu 22 hərbi qulluqçu ilə təmsil olunur.
Artilleriyaçılarımızın müsabiqəyə hazırlığı davam edir.
Eləcə də oxuyun:
Azərbaycan və İran HDQ nümayəndə heyətləri arasında görüş keçirilib
Hərbçilərimizin “Artilleriya atəşinin ustaları” müsabiqəsinə hazırlıqları davam edir
Azərbaycan hərbi dənizçiləri İrandadırlar
Hərbçilərimiz “Tank biatlonu” müsabiqəsinə hazırlıqlarını davam etdirirlər
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала