CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Futbolçularımız xarici klublarda niyə özünü doğrulda bilmir? – Sənan Şəfizadənin şərhi

© © Facebook / Sanan ShafizadeSənan Şəfizadə
Sənan Şəfizadə - Sputnik Azərbaycan, 1920, 21.08.2021
Abunə olmaq
İdmaş şərhçisi Sənan Şəfizadə bildirir ki, bir çox hallarda legioner həyatı yaşayan futbolçularımız getdikləri klublarda potensiallarını tam göstərə bilmirlər
Sənan Şəfizadə: “Mahirdən gözləntimiz xaricdə uğurlu karyera qura bilməsidir”
“Komandalardan biri daha çox topla oynamaq istəyirdi, digəri isə əsasən müdafiəyə yönəlmişdi. Rəqibin hücumlarından sonra öz fürsətimizi gözlədik”. Bu fikirləri Polşanın "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Çexiyada "Slaviya" ilə 2:2 hesablı heç-heçə etdikləri Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu barədə danışarkən deyib.
İdmaş şərhçisi Sənan Şəfizadə Mahir Emrelinin leghioner həyatı haqqında fikirlərini Sputnik Azərbaycan-a bölüşüb.
O bildirib ki, ümumilikdə götürəndə futbolçularımız xaricdə oynamağa çətinlik çəkirlər: “Bu baxımdan onlar xaricdə çıxış edərkən çətinliklərlə üzləşirlər. Buna görə də legioner həyatı yaşayan oyunçularımız çox azdır. Bir çox hallarda legioner həyatı yaşayan futbolçularımız getdikləri klublarda potensiallarını tam göstərə bilmirlər. Bu baxımdan Mahirin legioner həyatı fərqlidir. Artıq iki aydır ki, çıxış etdiyi klubda oyunçumuz vurduğu qollarla və nümayiş etdiyi oyunla özünü göstərməyi bacarıb. Mahirdən gözləntimiz xaricdə uğurlu karyera qura bilməsidir”.
Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
Xəbər lenti
0