Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Günün cinayət xronikası - narkotik satanlar məsuliyyətə cəlb olunublar

© AR Ministry of Internal AffairsСотрудник МВД Азербайджана, фото из архива
Сотрудник МВД Азербайджана, фото из архива - Sputnik Azərbaycan, 1920, 20.08.2021
Hacıqabulda, İsmayıllıda və Bakının Yasamal rayonunda keçirilən əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər müəyyən edilib və onlar məsuliyyətə cəlb olunublar.
BAKI, 20 avqust — Sputnik. Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması ilə bağlı əməliyyatlar keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı Hacıqabul rayon sakini Xalid İbrahimov saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.
Dindirilmə zamanı X.İbrahimov narkotik maddəni Həmid adlı şəxsdən aldığını bildirib. Keçirilən tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş Həmid Cəfərov da saxlanılaraq istintaqa təqdim olunub.
Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri Aslan RzayevRauf Şahbazov saxlanılıblar. Həmin səxslərin üzərinə keçirilən baxış zamanı onlardan da metamfetamin aşkarlanıb.
Faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.
Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetamin, yəni "patı"nın qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 4 nəfər tutulub. Əməliyyat zamanı paytaxt sakinləri Camal Mahmudov, Hikmət Zeynalov, Kənan Qasımov Vüqar Qurbanov tutularaq istintaqa təqdim olunublar. Bu şəxslərin üzərinə və evlərinə baxış zamanı külli miqdarda heroin, psixotrop maddə olan metamfetamin və elektron tərəzilər aşkar edilərək götürülüb. Saxlanılan şəxslər izahatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduqlarını etiraf ediblər. Aşkar olunan narkotik vasitələrin hazır bükümlər formasında olması həmin maddələrin satış məqsədilə qablaşdırıldığını deməyə əsas verir.
Faktlarla bağlı 28-ci Polis Bölməsində toplanan materiallar Yasamal Rayon Polis İdarəsinə göndərilib. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.
Analoji hadisə İsmayıllı rayonunda da baş verib. Sözügedən rayonun Polis Şöbəsinin əməkdaşları tərəfindən psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri keçirilib. Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı üzərində "patı" kimi tanınan psixotrop maddə daşımaqda şübhəli bilinən şəhər sakini Rəhman Qardaşov saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Yuxarı Tala kəndi ərazisində yabanı halda bitən çətənə kolları aşkar edilib. Ümumi çəkisi 3 tona yaxın olan 8468 ədəd narkotik tərkibli çətənə bitkiləri kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала