https://sputnik.az/20210820/Bas-prokurorluq-muraciet-yaydi-427743216.html
Baş prokurorluq müraciət yaydı
Baş prokurorluq müraciət yaydı
Sputnik Azərbaycan
Baş prokurorluq ilin birinci yarımili ərzində intihar hadisələrinin statistikasını açıqlayaraq cəmiyyəti psixoloji dəstəyə ehtiyacı olan insanlara qarşı laqeyd... 20.08.2021, Sputnik Azərbaycan
2021-08-20T15:43+0400
2021-08-20T15:43+0400
2021-11-17T00:02+0400
xəbərlər
multimedia
video
cəmiyyət
baş prokurorluq
müraciət
intihar
statistika
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/08/14/427743158_0:230:1921:1315_1920x0_80_0_0_02ed1d4542b4d5921facf7a82a91e13d.jpg
BAKI, 20 avqust — Sputnik. Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən ictimaiyyətə növbəti videomüraciət təqdim olunub.Sputnik Azərbaycan-ın xəbərinə görə, videomüraciətdə bildirilir ki, müasir dövrdə cəmiyyətin sağlam gələcəyini təhdid edən sosial problemlərdən biri də intihardır. Müxtəlif psixoloji (və ya sosial) problemlərin nəticəsi olaraq hər il dünyada 1 milyona yaxın insan öz istəyi ilə həyatına son qoyur: "Təəssüflər olsun ki, təkcə 2021-ci ilin I yarımili ərzində ölkə ərazisində baş vermiş intihar hadisələri nəticəsində 322 nəfər şəxs həyatını itirib.Bu faciəvi sonluqdan qaçmaq üçün psixoloji dəstəyə ehtiyacı olan insanları görməzdən gəlməməli, onlara laqeyd yanaşmamalıyıq"."Həyat və insanlar sandığın qədər əzabverici deyil, dəyişməli olan baxış bucağındır!Qaranlıqdan sonra günəş mütləq doğacaq, həyatın kontrolunu ələ al!" - deyə müraciətdə bildirilir.Qeyd edək ki, 2020-ci ilin birinci yarım ili ərzində isə 292 intihar hadisəsi qeydə alınıb. Bu isə o deməkdir ki, ötən illə müqayisədə intiharların sayı artıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/14/427743158_0:108:1921:1315_1920x0_80_0_0_b74eefa47fd90f7affe01e0ba2fbf422.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, multimedia, baş prokurorluq, müraciət, intihar, statistika, azərbaycan
xəbərlər, multimedia, baş prokurorluq, müraciət, intihar, statistika, azərbaycan
Baş prokurorluq müraciət yaydı
15:43 20.08.2021 (Yenilənib: 00:02 17.11.2021) Baş prokurorluq ilin birinci yarımili ərzində intihar hadisələrinin statistikasını açıqlayaraq cəmiyyəti psixoloji dəstəyə ehtiyacı olan insanlara qarşı laqeyd olmamağa səsləyib.
BAKI, 20 avqust — Sputnik. Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən ictimaiyyətə növbəti videomüraciət təqdim olunub.
Sputnik Azərbaycan-ın xəbərinə görə, videomüraciətdə bildirilir ki, müasir dövrdə cəmiyyətin sağlam gələcəyini təhdid edən sosial problemlərdən biri də intihardır. Müxtəlif psixoloji (və ya sosial) problemlərin nəticəsi olaraq hər il dünyada 1 milyona yaxın insan öz istəyi ilə həyatına son qoyur: "Təəssüflər olsun ki, təkcə 2021-ci ilin I yarımili ərzində ölkə ərazisində baş vermiş intihar hadisələri nəticəsində 322 nəfər şəxs həyatını itirib.
Bu faciəvi sonluqdan qaçmaq üçün psixoloji dəstəyə ehtiyacı olan insanları görməzdən gəlməməli, onlara laqeyd yanaşmamalıyıq".
"Həyat və insanlar sandığın qədər əzabverici deyil, dəyişməli olan baxış bucağındır!
Qaranlıqdan sonra günəş mütləq doğacaq, həyatın kontrolunu ələ al!" - deyə müraciətdə bildirilir.
Qeyd edək ki, 2020-ci ilin birinci yarım ili ərzində isə 292 intihar hadisəsi qeydə alınıb. Bu isə o deməkdir ki, ötən illə müqayisədə intiharların sayı artıb.