Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan, 1920
SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Aİ Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyasında kömək etməyə hazırdır

© Photo : REPORTГПС Азербайджана
ГПС Азербайджана - Sputnik Azərbaycan, 1920, 20.08.2021
İki ölkənin sərhədində yaranan eskalasiyadan narahat olan Avropa İttifaqı tərəfləri təmkinli olmağa dəvət edib.
BAKI, 20 avqust - Sputnik. Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyasında kömək etməyə hazırdır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Aİ-nin Bakı nümayəndəliyindən bildirilib. 
"Aİ tərəfləri atəşkəslə bağlı razılaşmaya ciddi əməl etməyə və sonrakı insan tələfatlarının qarşısını almağa çağırır. Aİ qəti olaraq mübahisəli məsələlərin güc yolu ilə həllinə qarşıdır. Təşkilat Ermənistanla Azərbaycan arasındakı beynəlxalq sərhəddə təcili deeskalasiyaya, təmkinli olmağa və delimitasiya və demarkasiya işlərinə başlamağa çağırır. Aİ sərhədlərin delimitasiyasına yardım etməyə hazırdır", - Aİ nümayəndəliyindən cümə günü bildirilib.
2021-ci ilin iyulunda regiona səfər edən Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycanla Ermənistan arasında gərginlikdən narahatlığını ifadə etmişdi.
"Azərbaycan-erməni sərhədində dərin təlaş yaradan hadisələr davam edir. Biz təmkinli olmağa, gücləri aralaşdırmağa və sərhəd məsələlərində qurbanlar olmadan konstruktiv qarşılıqlı fəaliyyətə səsləyirik", - Klaar deyib.
Bundan bir qədər əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər və Laçın rayonları istiqamətində dövlət sərhədinin möhkəmləndirilməsi barədə məlumat vermişdi. 
"Bu sərhəd 30 ilə yaxın müddət ərzində ermənilərin əlində idi və biz may ayında qarlar əriyəndən sonra bu sərhədlərə çıxmışıq, öz mövqelərimizi tutmuşuq, Zəngəzurda yerləşmişik və orada möhkəmlənirik. Bu, bizim torpağımızdır. Ermənistan tərəfindən səslənən fikirlər tamamilə əsassızdır. Biz öz torpağımızdayıq, Qaragöl də bizimdir, başqa yerlər də bizimdir. Biz gəlmişik. 30 il bu ərazi ermənilərin əlində idi. Əgər o sərhəd onların dediyi yerdən keçirdisə, durardılar o sərhəddə. Durardılar, deyərdilər ki, sərhəd budur. Nə oldu bəs? Biz gələndən sonra, durandan sonra dedilər ki, yox, biz düz yerdə durmamışıq. Biz düz yerdə durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər istəsək, harada lazım bilsək, orada da duracağıq. Onu heç kim unutmasın", - Azərbaycan lideri deyib.
Prezident vurğulayıb ki, indi Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının xətti ilə bütün sərhəd boyunca - Murovdağdan ta Araz çayına qədər bütün sərhəd infrastrukturu, hərbi hissələr yaradılır, biz bu sərhədlərdə möhkəmlənirik.
Eləcə də oxuyun:
Naxçıvanın strateji yüksəkliklərində müdafiə istehkamları möhkəmləndirilib
İlham Əliyev: "Qaragöl də bizimdir, başqa yerlər də bizimdir"
Ermənistan üç istiqamətdə mövqelərimizi atəşə tutub
Prezident: Ermənistanın məqsədi torpaqlarımızı əbədi işğal altında saxlamaq idi
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала