Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan, 1920
SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Əfqanıstan – dünya iqtisadiyyatının "qara dəliyi"

© AFP 2021 / WAKIL KOHSARБоевики движения "Талибан" (террористическая группировка, запрещеннфая в РФ) в Кабуле, 18 авгутса 2021 года
Боевики движения Талибан (террористическая группировка, запрещеннфая в РФ) в Кабуле, 18 авгутса 2021 года - Sputnik Azərbaycan, 1920, 19.08.2021
Xalq səfilliyi və zülməti seçdi və İslamın bu məsələyə heç bir dəxli yoxdur. Bunun üçün Türkiyə, Azərbaycan və digər ölkələrin uğurlu iqtisadi modernləşdirilməsinə nəzər salmaq kifayətdir.
BAKI, 19 avqust — Sputnik. Talibanın* hakimiyyətə gəlməsindən sonra Əfqanıstanın yerli valyutası olan əfqaninin qara bazarda dollara nisbətən məzənnəsi iki dəfə aşağı düşüb. Bəs iqtisadiyyatı bundan sonra nə gözləyir? Sualın cavabı Sputnik Azərbaycan-ın icmalında.
ABŞ Əfqanıstana nağd dolların tədarükünü dayandırıb, halbuki bu ölkə hökuməti və Mərkəzi Bankı illərlə sabit valyuta dövriyyəsini təmin etmək və qara bazarda əfqaninin məzənnəsini saxlamaq üçün Əfqanıstanı dollarla təmin edirdi.
Dolların iri partiyası Əfqanıstana ötən cümə günü göndərilməli idi, ancaq Ağ Ev pulların Talibanın* əlinə keçəcəyindən ehtiyat edərək tədarükü dayandırdı. Bu qərar Əşrəf Qəninin rəhbərlik etdiyi Əfqanıstan hökumətinin çöküşündən, ordunun ali rəhbərliyinin qonşu Tacikistan və Özbəkistana qaçmasından əvvəl qəbul olunmuşdu.
ABŞ, həmçinin daha 0,5 milyard dollara əlçatanlığın dayandırılması üçün Beynəlxalq Valyuta Fondu (BVF) dialoqa başlayıb. BVF avqustun 18-də elan edib ki, Əfqanıstanda iqtidarın statusu aydın olmadığından, bu ölkəyə yardımı dayandırır. Yeri gəlmişkən, növbəti həftə Kabil BVF-dən 400 milyon dollar həcmində yardım almalı idi.
Əfqanıstan Mərkəzi Bankının ABŞ-dakı aktivləri də dondurulub. BVF-nin məlumatlarına əsasən, aprel ayının sonunda Əfqanıstan Mərkəzi Bankının ümumi ehtiyatları 9,4 milyard dollar təşkil edib.
Vaşinqtonun sanksiya variantını diqqətdən keçirdiyini də güman etmək olar, hətta Avropa İttifaqı ölkələri də bu təşəbbüsə qoşula bilər. Ehtimal ki, bu məsələdə Türkiyə və Səudiyyə Ərəbistanına təzyiq göstəriləcək.
Bununla belə, Əfqanıstan nə İrandır, nə də Rusiya və sanksiyaların bu bədbəxt ölkəyə təsiri sıfıra bərabər olacaq.
Taliblərin sosial ədalət ideyasını bəyan etdiklərini nəzərə alsaq, Əfqanıstanı böyük ehtimalla, yerli spesifikaya uyğun düzəlişlərlə hərbi kommunizm gözləyir. Yoldaş Trotski bu nəticəyə bir xeyli təəccüblənərdi. Xatırladığımız kimi, Vladimir Lenin Yeni İqtisadi Siyasət elan etmişdi, ancaq taliblərdən bu addımı gözləməyə dəyməz, çünki Lenin dini fanatik deyil, praqmatik idi.
Böyük ehtimalla, tezliklə taliblər ölkədə ABŞ dollarının və başqa xarici valyutaların dövriyyəsini qadağan edəcəklər, beləcə bütün Əfqanıstan vətəndaşları həmin valyutaları aşağı məzənnə ilə əfqaniyə dəyişmək məcburiyyətində qalacaqlar.
Əslində Əfqanıstanı İran, Səudiyyə Ərəbistanı və ya Qətərlə qarışdırmaq olmaz. Məsələn, Səudiyyə Ərəbistanı xarici investisiyalar, xarici mühəndis və texnologiyalarla ortodoksal İslamı yaxşıca uyğunlaşdırmağı bacarır. Bu ölkə hətta investorları inandıraraq neft şirkətinin səhmlərini də uğurla yerləşdirir. Səudiyyə Ərəbistanı üçün yerli qaydalarla investisiya mühiti ayrı-ayrı məsələlərdir.
Əfqanıstan isə xarici investisiya üçün böyük risklərə malik ümidsiz ölkədir. 2001-ci ildə amerikalılar bu ölkəyə gələndə Əfqanıstana investorları cəlb etməyə çalışdılar. Ancaq bu iş baş tutmadı. Hətta Türkiyə və Yaxın Şərqdən belə bu ölkəyə investisiya qoymaq istəyənlər tapılmadı.
İndi taliblər hakimiyyətə gələndən sonra risk bir az da artıb. İndi Əfqanıstan dünya iqtisadi xəritəsindəki "qara dəlik"dir. Hətta Liviya, Nigeriya və Venesuelada belə neft hasil olunur, Əfqanıstanda isə heç nə olmayacaq. Prinsipcə, Kabil heç kimə maraqlı deyil, digər tərəfdən nə qədər ki, orada taliblər hakimiyyətdədir, bu ölkədə beynəlxalq qaydalarla işləyən maliyyə sistemi mövcud olmayacaq. Xarici şirkətlərin əməkdaşlarının təhlükəsizliyinə də heç kim zəmanət verə bilməz.
Rusiya ilə Əfqanıstanın iqtisadi münasibətləri SSRİ-nin dağılmasından sonra pozulub. Prinsipcə, Boris Yeltsin bunu lazımlı hesab edirdi. Sonradan orada taliblər hakimiyyətə gəldi. O belə hesab edirdi ki, Əfqanıstan müharibəsi SSRİ iqtisadiyyatını ciddi şəkildə sarsıdıb. Amma bu, heç də doğru deyildi. Özü də müharibənin bu məsələyə heç bir dəxli yox idi. Sadəcə olaraq, SSRİ-nin hərbi əməliyyatları Səudiyyə Ərəbistanını ABŞ-ın dəstəyi ilə neft qiymətlərini aşağı salmağa məcbur etmişdi.
2001-2002-ci illərdə amerikapərəst rejimin mövcud olduğu dövrdə Rusiya Əfqanıstana silah tədarük edirdi. Ancaq bu maliyyə baxımından bir o qədər də əhəmiyyətli tədarük hesab oluna bilməzdi. Sonra da bu ölkəyə müəyyən satış əməliyyatları həyata keçirildi. Bu ilk növbədə, helikopter və atıcı silahlar idi. Rusiya anbarlarında SSRİ vaxtından qalma belə silahlar kifayət qədər idi.
Moskvanın Əfqanıstan iqtisadiyyatında qəti marağı yoxdur. Farsi-kabili dilini əla bilən mütəxəssislər iş tapa bilmədiklərindən Türkiyə, Azərbaycan və Özbəkistanda işləmək üçün türk dili və daha geniş mənada Türk dilləri ailəsi üzrə yenidən ixtisaslaşırlar.
Bazarın görünməz əli heç də həmişə şəfqətli deyil, amma hər zaman ədalətlidir. Taliblər xalqın böyük dəstəyi olmadan heç vaxt qalib gələ bilməzdilər. Əfqanıstan xalqı səfilliyi və zülməti seçdi. Və İslamın bu məsələyə heç bir dəxli yoxdur. Bunun üçün Türkiyə, Azərbaycan və son illər Özbəkistanla bir sıra Yaxın Şərq ölkələrinin uğurlu iqtisadi modernləşdirilməsinə nəzər salmaq kifayətdir.
* Rusiyada və başqa ölkələrdə qadağan olunmuş terror qruplaşması
Həmçinin oxuyun:
UNESCO dünya təşkilatlarını Əfqanıstanda mədəni abidələri qorumağa çağırıb
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала