CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Evin mətbəxində külli miqdarda zərərli məhsul aşkarlandı

© AFP 2023 / JUNI KRISWANTO Завод по производству табачной продукции, фото из архива
 Завод по производству табачной продукции, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.08.2021
Abunə olmaq
Aksiz markasız 192.100 ədəd siqaretin realizə edilməsinin qarşısı alındıAksiz markasız 192.100 ədəd siqaretin realizə edilməsinin qarşısı alındı.
BAKI, 19 avqust — Sputnik. Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə Azərbaycan Respublikasının vətəndaşına məxsus və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış külli miqdarda tütün məmulatının Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən mənzildə satış məqsədilə saxlanılması və realizə olunması barədə əməliyyat məlumatı daxil olub. Dövlət Gömrük Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bununla əlaqədar yaradılan əməliyyat qrupu qeyd edilən ünvanda məhkəmənin qərarına əsasən axtarış həyata keçirib. Axtarış zamanı evin mətbəxində Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış müxtəlif adda cəmi 128.300 ədəd siqaret aşkar olunub.
Adı çəkilən şəxslə sorğu-sual zamanı o, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən mənzildə də aksiz markasız siqaretlərin olduğunu bildirib. Daha sonra həmin mənzildən müxtəlif adda cəmi 63.800 ədəd siqaret aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bir müddət öncə də bənzər hadisə baş vermişdi. Paytaxtın Səbail rayonunun Abbas Abbaszadə küçəsində yerləşən anbarda aparılan müşahidə tədbirləri nəticəsində həmin ünvanda aksiz markası ilə markalanmalı olan, lakin markalanmamış malların saxlanılması və satışının həyata keçirilməsi halları müəyyən olunub. Aparılan araşdırmalarla təsərrüfat subyektinin Zeynalov Yusif Əli oğluna məxsus olduğu müəyyənləşdirilib və müvafiq qərarla həmin subyektdə operativ vergi nəzarəti tədbiri təyin edilib.
Keçirilən vergi nəzarəti tədbiri zamanı aksiz markası ilə markalanmalı olan, lakin markalanmamış 608 ədəd alkoqollu içki məhsulu və 2186 qutu tütün məmulatı, eyni zamanda, aksiz markalarının saxta olduğu şübhə doğuran 472 ədəd alkoqollu içki məhsulu müvəqqəti saxlanc üçün götürülüb.
Aparılan araşdırmalar zamanı, müvəqqəti saxlanc üçün götürülmüş və saxta aksiz markası vurulması ehtimal olunan alkoqollu içkilərin alış sənədinin olmadığı müəyyən edilib, həmin məhsullar ekspertiza məqsədilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilib. Müvafiq sənədləşmə işləri yekunlaşdıqdan sonra nəzarət materiallarının Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilməsi nəzərdə tutulub.
Həmçinin oxuyun:
Siqaret baha olanda: Gömrükçülər ondan pul qazanmağın asan yolunun qarşısını kəsib - VİDEO
Xəbər lenti
0