Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan Müdafiə naziri Türkiyədə: detallar

© AR Ministry of DefenceMüdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerlə görüşüb
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerlə görüşüb - Sputnik Azərbaycan, 1920, 18.08.2021
Türkiyədə "IDEF - 2021" Beynəlxalq Müdafiə Sərgisində iştirak edən Azərbaycanın Müdafiə naziri bir sıra görüşlər keçirib.
BAKI, 18 avqust - Sputnik. "IDEF - 2021" Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə İstanbul şəhərində səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerlə görüşüb.
Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.
Görüşdə iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
---------
09:41
“IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə İstanbul şəhərində səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov  avqustun 17-də  Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarla görüşüb.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, görüşdə tərəflər müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib, regional təhlükəsizlik, ikitərəfli münasibətlər, eləcə də maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
Eləcə də oxuyun:
Müdafiə naziri “IDEF-2021” sərgisinin açılış mərasimində iştirak edib
 "Dəniz Kuboku" müsabiqəsində iştirak edəcək hərbi dənizçilərimiz yola salınıb
Azərbaycan, Pakistan və Türkiyənin xüsusi təyinatlıları birgə təlim keçəcəklər
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала